Karyera

İşəgötürmə prosesi

COP29 Azərbaycan Əməliyyat Şirkəti Azərbaycan Respublikasının müvafiq qanunlarına ciddi əməl etməklə, namizədlərin yalnız bacarıq, bilik, təcrübə və səriştələrinə əsaslanaraq işə qəbul və seçim prosesinin bütün mərhələlərində yüksək peşəkarlıq və düzgünlüyü təmin etmək əzmindədir. Şirkətimiz, COP29 işçi heyətinin seçimi üçün aydın, ədalətli və obyektiv meyarlar müəyyənləşdirərək, konfransın məqsədlərinə uyğun olan müxtəlif ixtisaslı, peşəkar və sadiq əməkdaşlardan ibarət böyük bir komanda formalaşdırmağı hədəfləyir.


Seçim proseduru

Seçim proseduru iki mərhələdən ibarətdir. Belə ki, tələb olunan kvalifikasiya və vəzifə uyğunluğunu qiymətləndirmək məqsədilə tərcümeyi-halları (CV) seçim mərhələsindən keçmiş namizədlər müsahibənin birinci mərhələsinə dəvət olunacaqlar. Bu müsahibə müvafiq departament nümayəndəsi tərəfindən keçirilir və obyektivliyi təmin etmək məqsədilə müsahibədə İnsan Resursları komandasının bir üzvü də iştirak edir. Müsahibə zamanı əsas diqqət namizədin tərcümeyi-hal (CV) və təcrübəsinə, həmçinin şirkət mədəniyyəti ilə uyğunluğana yönəldilir.


Müsahibənin birinci mərhələsindən sonra seçilən namizədlər bacarıq və biliklərin, eləcə də təcrübənin xüsusi iş tələblərinə uyğunluğunun daha dərindən araşdırılması üçün ikinci mərhələyə dəvət olunacaq. Bu mərhələyə müxtəlif komanda üzvləri ilə görüşlər, eləcə də qiymətləndirmə, konkret halların araşdırılması və ya testlər daxil ola bilər. Seçim prosesinin bütün mərhələlərindən uğurla keçmiş namizədə iş təklifi veriləcək. Yekun mərhələdə isə əmək müqaviləsi imzaladıqdan sonra COP29 Azərbaycan Əməliyyat Şirkətində müvafiq vəzifə üzrə rəsmi olaraq əmək fəaliyyətinə başlayacaq.


Maraqlanan namizədlər mövzu yerində müvafiq vakansiya üzrə vəzifəni qeyd etməklə, CV nümunələrini cv@cop29.az elektron ünvanına göndərərək müraciət edə bilərlər.

Vəzifə və öhdəliklər:

  • Təhlükəsizlik üzrə ümumi məqsəd və standartları təmin etmək.

  • Təhlükəsizliklə bağlı müəyyən edilmiş bütün siyasət və prosedurları başa düşmək və qəbul etmək.

  • Bütün təhlükəsizlik işçilərinin təyin olunduqları yer üzrə iş başında dayanmasından əmin olmaq.

  • Hüquq-mühafizə orqanları ilə əməkdaşlıqla yanaşı, fövqəladə hallara qarşı cavab tədbirlərində iştirak etmək.

  • Əməliyyatlar və təhlükəsizliklə bağlı fövqəladə hallar zamanı müvafiq zonalarda rəhbərliyi öz üzərində götürmək.

  • Məşq və təlimlərdə iştirak etmək.

  • İşçi heyətinin səhhətinin qorunmasını təmin etmək.

  • Komandanın davamlı olaraq tələb olunan xidmətləri göstərməsini təmin etmək.

  • Komanda üzvlərinin zona ilə bağlı bütün aspektlər xüsusunda təlim keçməsini təmin etmək.

  • Təhlükəsizlik meneceri, əməliyyat şöbələri və komanda ilə sıx əməkdaşlıq etmək.

  • İnsidentlər barədə dərhal məruzə etmək və menecerlərin (menecer olmadıqda isə baş menecerlərin) təlimatlarına riayət etmək.

  • Bütün insidentlər barədə hesabatlar (məruzələr) hazırlayaraq aidiyyəti üzrə (bütün zəruri instansiyalara) təqdim etmək.

  • Bütün ehtiyat plan və tədbirlər xüsusunda məlumatlı olmaq, komandanın hazırlığını mütəmadi şəkildə yoxlamaq.

  • Ehtiyac olduqda, məsul təhlükəsizlik işçiləri və digər heyət üzvlərinə istiqamət və məlumat xarakterli təlimat vermək.

  • Təzyiq altında soyuqqanlı davranmaq və məlumatlı şəkildə qərar qəbul etmək üçün riskləri idarə etmək.


Tələblər:

  • Təhlükəsizlik sistemləri barədə, xüsusən də irimiqyaslı beynəlxalq tədbirlərə aid hərtərəfli anlayış.

  • Ən azı 3 il müvafiq iş təcrübəsi.

  • İnsanlarla davranış və ünsiyyət sahəsində üstün bacarıqlar.

  • İngilis dilini yaxşı səviyyədə bilmək.


Əgər bu vəzifə üzrə müvafiq meyarlara cavab verirsinizsə, o zaman tərcümeyi-halınızı (CV) cv@cop29.az e-poçt ünvanına göndərərək müraciət edə bilərsiniz (elektron məktubun mövzu hissəsində vəzifənin adı, yəni “Təhlükəsizlik kordinatoru” qeyd edilməlidir).

Xahiş edirik nəzərə alasınız ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.


Vəzifə və öhdəliklər:

  • COP29 zamanı ziyarətçi təcrübəsini yaxşılaşdırmaq üçün brendinq və marketinq strategiyalarını hazırlamaq və tətbiq etmək.

  • Ziyarətçilərlə iş proqramlarının və marketinq kampaniyalarının hazırlanmasına və icrasına nəzarət etmək.

  • Tədbirin brendinqinə uyğun promo materialların və kommunikasiya vasitələrinin yaradılması üçün əlaqədar komandalarla koordinasiyanı təşkil etmək.

  • Tədbir təşkilatçıları və maraqlı tərəflərlə əməkdaşlıq edərək ahəngdar və təsirli ziyarətçi təcrübəsini təmin etmək.

  • Tədbir məkanında qonaqlara dəstək xidməti ilə sıx işləmək.Sorğuların izlənilməsi, onların vaxtında həlli və komandalar arasında iş axınının düzgün inteqrasiyasını təmin etmək üçün sorğuların idarə edilməsi sisteminə nəzarət etmək.

  • Ziyarətçi məmnuniyyətini artırmaq üçün innovativ brendinq və marketinq həllərini hazırlayıb tətbiq etmək.

  • Ziyarətçi təcrübəsi ilə bağlı yaranan hər hansı problemi və çətinlikləri həll etmək.


Tələblər:

  • Müvafiq sahədə bakalavr dərəcəsi.

  • Müştərilərlə iş, qonaqlama və turizm sahəsində rəhbər vəzifədə təcrübə.

  • Güclü liderlik və komanda idarəetmə bacarıqları.

  • Yüksək ünsiyyət, təşkilatçılıq və problem həll etmə qabiliyyətləri.

  • Marketinq kampaniyaları və ziyarətçilərlə iş proqramlarının inkişafı və icrası üzrə təcrübə.

  • Beynəlxalq tədbirlərdə və ya yüksək səviyyəli konfranslarda iş təcrübəsi.

  • COP (Tərəflər Konfransı) tədbiri və tələbləri ilə tanışlıq.

  • Naviqasiya üçün innovativ həllər təqdim etmək və həyata keçirmək bacarığı.

  • Naviqasiya prinsipləri və ən yaxşı təcrübələr ilə tanışlıq.

  • Ziyarətçi təcrübəsi barədə anlayış.


Vəzifə və öhdəliklər:

  • Satış dəstəyi: Yaşıl Zona satış menecerinə satış strategiyalarının hazırlanmasında, potensial müştərilərin müəyyən edilməsində və satış kanallarının idarə edilməsində köməklik.

  • Potensial müştəri yaratma: Yaşıl Zonada iştirak etməkdə maraqlı olan potensial sərgi iştirakçılarını, sponsorları və tərəfdaşları araşdırıb müəyyən etmək və izlənməsi üçün perspektivlər siyahısı hazırlamaq.

  • Müştəri əlaqələri: müştərilərlə güclü əlaqələr qurmaq və onların ehtiyaclarını qarşılamaq və mükəmməl müştəri xidmətini təmin etmək.

  • Satışın idarə edilməsi: satış müqavilələrini idarə etmək, tədbir qaydalarına uyğunluğunu təmin etmək və satış prosesinə aid inzibati vəzifələri yerinə yetirmək.

  • Rəylərin toplanması: müştərilərdən rəy, şikayət və təklifləri toplamaq və satış prosesini və müştəri məmnuniyyətini yaxşılaşdırmaq üçün fikirlər irəli sürmək.

  • Problemlərin həlli: Yaşıl Zonada sərgi iştirakçıları və ya sponsorlarla yaranan hər hansı bir məsələni və ya çətinliyi həll etmək.


Tələblər:

  • Təcrübə: tədbirlərin idarə edilməsi, davamlılıq və ya əlaqəli sahədə üstünlük təşkil edən 2-3 illik satış təcrübəsi.

  • Təhsil: Biznes, Marketinq, Ətraf Mühit Tədqiqatları və ya əlaqəli bir ixtisasda bakalavr dərəcəsi.

  • Bacarıqlar: səlis danışıq qabiliyyəti, danışıqlar aparmaq və insanlarla ünsiyyət qurmaq bacarığı, satışla əlaqəli proqram və alətlərdə səriştə.

  • Dillər: İngilis və Azərbaycan dillərində səlis danışıq bacarığı.

  • Davamlılıq bilikləri: davamlılıq təcrübələri və ətraf mühit təşəbbüsləri haqqında anlayışa sahib olmaq.

  • Uyğunlaşma qabiliyyəti: tədbir saatlarında, o cümlədən axşamlar və həftə sonları işləməyə və lazım olduqda səfərlər etməyə hazır olmaq.


Vəzifə və öhdəliklər:

  • COP29 ilə bağlı suallara, o cümlədən qonaqlama yerləri (mehmanxana), nəqliyyat və digər xidmətlərlə əlaqədar olan suallara cavab vermək və ziyarətçilərə məlumatları təqdim etmək.

  • COP29 və onunla əlaqəli mövzularla bağlı dəqiq və təsdiqlənmiş məlumatlar təqdim etmək üçün Tez-tez Verilən Suallar (FAQ) sənədi ilə tanış olmaq və ondan istifadə etmək.

  • Ziyarətçi təcrübəsini təkmilləşdirmək üçün fərdi tövsiyələr vermək.

  • Şəhərdə keçirilən tədbirlər, mədəni fəaliyyətlər və turistik yerlər haqqında dəqiq və yenilənmiş məlumatların mövcudluğunu təmin etmək.

  • Ziyarətçilərə məlumat mənbələri, broşür, xəritə və məlumat kitabçası paylamaq.

  • Hər bir ziyarətçinin özünü hörmətli və dəyərli hiss etməsini təmin etmək üçün mükəmməl müştəri xidməti göstərmək.

  • Ziyarətçilərin tələblərini vaxtında və səmərəli şəkildə qarşılamaq və hər hansı yaranan problemləri həll etmək.

  • Məlumat mərkəzinin resurslarını təşkil etmək və onların daim əlçatan və yenilənmiş olmasını təmin etmək.

  • Materialların istifadəsini izləmək və ehtiyac olduqda təchizatları təmin etmək.

  • Ziyarətçilərdən rəy toplamaq və xidmətlərin yaxşılaşdırılmasına kömək etmək üçün təkrarlanan sorğu və narazılıqlar barədə hesabat vermək.


Tələblər:

  • Tez öyrənmək və yeni məlumatlara uyğunlaşmaq bacarığı.

  • Bakının mədəni və tarixi yerləri, eləcə də logistika, yaşayış, nəqliyyat və digər xidmətlər haqqında ətraflı məlumata sahib olmaq.

  • Əla ünsiyyət bacarıqları.

  • Azərbaycan və İngilis dillərində mükəmməl danışıq və yazı bacarıqları.

  • Müstəqil və komanda daxilində işləmək bacarığı.

  • Müştəri xidmətləri və ya ziyarətçi dəstəyi sahəsində iş təcrübəsi.

  • Böyük miqyaslı tədbirlərdə iş təcrübəsi.

  • Gərgin vəziyyətləri sakit və düzgün şəkildə idarə etmək bacarığı.



Vəzifə və öhdəliklər:

  • Fəaliyyət qiymətləndirmələri aparmaq və komanda üzvlərinin zəruri bacarıqlara sahib olmasını təmin etmək üçün təlimlər keçirmək.

  • COP29-la bağlı tez-tez verilən suallar (FAQ) üzrə heyət üzvlərinə təlim keçmək və onları yoxlamaq.

  • Mərkəzlər tərəfindən təqdim edilən məlumatların düzgünlüyü, uyğunluğu və vaxtında çatdırılmasını təmin etmək.

  • Departamentlər arasında səmərəli məlumat mübadiləsini və əməkdaşlığı təşviq edən alətlər və proseslər tətbiq etmək.

  • Məlumat mərkəzlərinin işində keyfiyyəti və dəqiqliyi təmin etmək üçün mütəmadi olaraq yerində nəzarət və audit prosesləri həyata keçirmək.


Tələblər:

  • Bakalavr dərəcəsi.

  • Müvafiq sahədə 1-3 il təcrübə.

  • Məlumatların idarə olunması prinsipləri, sistem və alətləri haqqında dərin anlayış.

  • Güclü liderlik və komanda idarəetmə bacarıqları.

  • Bir neçə layihəni idarə etmək və prioritetləri effektiv şəkildə müəyyənləşdirmək bacarığı.

  • Məlumatların idarə edilməsi sistemləri və texnologiyaları ilə işləmək bacarığı.

  • Beynəlxalq tədbirlərdə və ya yüksək səviyyəli konfranslarda iş təcrübəsi.

  • COP (Tərəflər Konfransı) tədbiri və tələbləri ilə tanışlıq.

  • Ziyarətçi təcrübəsi anlayışı ilə tanışlıq.


Vəzifə və öhdəliklər:

  • Hər bir ziyarətçi səyahətinin yüksək səviyyədə təcrübə, peşəkarlıq və qayğı ilə idarə olunmasını təmin etmək.

  • Əməliyyatlarla bağlı hər hansı problem və ya çətinlikləri tez və səmərəli şəkildə həll etmək.

  • Bütün xidmətlərin ümumi sərnişin təcrübəsinə inteqrasiyasını təmin etmək üçün aeroportun qonaq xidmətləri və digər şöbələri ilə sıx əməkdaşlıq etmək.

  • Aeroportun əməliyyatlar menecerinə gündəlik işlərində kömək etmək.

  • Gəliş və gediş vaxtları, xüsusi sorğular və insident hesabatları daxil olmaqla, bütün fəaliyyətlərin dəqiq qeydiyyatını aparmaq.

  • Əsas ölçülər, çətinliklər və təkmilləşdirilməli sahələri vurğulayan aeroport əməliyyatları haqqında müntəzəm hesabatlar hazırlamaq.


Tələblər:

  • Aeroportun terminallarında qonaqlarla iş təcrübəsinin olması.

  • Genişmiqyaslı tədbir (aeroport əməliyyatları, nəqliyyat, qonaqlara xidmət sahəsində) daha öncə təcrübənin olması.

  • Qonaq və işçi heyəti ilə effektiv qarşılıqlı əlaqə qurmaq bacarığı, əla ünsiyyət qabiliyyəti.

  • Təfərrüatlara diqqət yetirmək, yüksək keyfiyyətli xidmət göstərmək, güclü təşkilatçılıq və problemi həll etmək bacarığı.

  • Bir neçə dildə danışıq/yazı qabiliyyəti.

  • İşə çevik münasibət və müsbət yanaşma.

Komandamıza qoşulun

Əlaqə məlumatları: