Tərcümə xidmətləri


Interactio şirkəti COP29 konfransında göstəriləcək şifahi və yazılı tərcümə xidmətlərinin rəsmi və yeganə təchizatçısı kimi təyin olunmuşdur.

Bu əməkdaşlıq konfransa əyani və ya virtual olaraq qoşulan bütün iştirakçıların konfrans boyu yüksək keyfiyyətli tərcümə xidmətləri ilə təmin olunmasına imkan yaradacaq.

“Interactio” bu tədbirdə tərcümə xidmətlərinin yeganə səlahiyyətli təminatçısı olaraq yerində və məsafədən virtual tərcümə daxil olmaqla geniş spektrli tərcümə xidmətləri və maneəsiz kommunikasiya üçün tam texniki dəstək təmin edəcək.

Tərcümə xidmətləri üzrə sifariş və sorğular:

Tərcümə xidmətlərini sifariş etmək üçün www.interactio.io/cop29-book-interpreters ünvanına daxil olmağınız xahiş olunur.
Xidmətlərlə bağlı əlavə məlumat üçün COP29@interactio.io elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.