Yerləşmə vasitələri

 
COP29 yerləşmə vasitələri üzrə hər büdcəyə uyğun müxtəlif seçim imkanları təklif edir. Paytaxt Bakı şəhərində müxtəlif növ yerləşmə vasitələri, o cümlədən 2-5 ulduzlu hotellər və kurortlar, eləcə də xidmətlərlə təchiz edilmiş icarə mənzilləri mövcuddur.
 
“Bnetwork” (bnetwork.com) şirkəti COP29 qonaqlarının yerləşmə vasitələri ilə təmin edilməsi və hotellərlə əlaqə saxlayan məsul tərəfdaş təyin edilib.

Rezervasiya portalı və nümayəndə heyətləri üçün əlavə məlumatlar cop29-accommodation.bnetwork.com saytında əks olunub.
  
Qrup rezervasiya sifarişlərinə ehtiyac duyan daha böyük nümayəndə heyətləri üstünlük verdikləri yerləşmə vasitələri üçün mümkün qısa zaman ərzində yerləşmə xidmətlərinin təchizatçıları ilə birbaşa əlaqə saxlamalıdırlar. Rezervasiya sistemi yerləşmə vasitələri üzrə qiymətlərin sabitliyinə zəmanət verir və büdcənizi hər hansı gözlənilməz dəyişiklik olmadan planlaşdırmağınıza şərait yaradır.

Rezervasiya portalında COP29 üçün kifayət sayda boş otaq mövcud olsa da, iştirakçılara Konfransa bir neçə həftə qalmış yerləşmə vasitələri ilə bağlı say məhdudiyyətinin yaranmaması üçün rezervasiya prosesini mümkün qədər daha öncədən tamamlamaq tövsiyə olunur.