COP29 Könüllüləri
Könüllülərin cəlb olunması:
Könüllülərimiz ayrı-ayrılıqda hər bir funksional vəzifə üçün uyğunluğu təmin edən müfəssəl proses əsasında seçilmişlər. Onlayn portal vasitəsilə müraciət edən könüllülər ilkin seçimdən sonra tədbirə uyğunluğu qiymətləndirmək üçün müsahibələrə dəvət olunmuş, müsahibələrdən uğurla keçən könüllülər isə proqrama qəbul edilmişlər. Yekun seçimdən sonra müxtəlif təlim proqramlarında iştirak edən könüllülərimiz həm öz bacarıqlarına, həm də COP29-un tələblərinə uyğun olaraq spesifik funksional vəzifələrə təyin edilmişlər.
Təlim proqramları:
COP29 olaraq, biz könüllülərimizin gündəlik vəzifələrindən kənarda da mənalı təcrübə yaşamalarını vacib hesab edirik. Könüllülər üçün və onların iştirakı ilə təşkil etdiyimiz tədbirlər çərçivəsində məqsədimiz icma əlaqələrini gücləndirmək, könüllülərin öyrənmə təcrübələrini artırmaq və konfransın uğuru üçün könüllülərin verdikləri töhfələri qeyd etməkdir. Bu tədbirlər könüllülərin bir-biriləri ilə əlaqə quraraq dəyərli bacarıqlar qazanmalarına, eləcə də onların zəhmətini layiqincə qiymətləndirməyə imkan yaradır.
Əlaqə
Ümumi sorğular üçün:
generalenquiries@cop29.azKonfrans media xidmətləri üçün:
mediaservices@cop29.azMedia sorğuları üçün
media@cop29.az