Xəritə və yollar
RƏQƏMSAL NƏQLİYYAT XƏRİTƏSİ
Rəqəmsal Nəqliyyat Xəritəsi istifadəsi asan quruluşa malik olub, konfrans məkanları, nəqliyyat qovşaqları, dayanacaqlar və qonaqlama yerlərini kəşf etməyə və ən əlverişli nəqliyyat növünü seçməyə imkan verən bir vasitədir. Bu xəritə naviqasiyanı asanlaşdırır, hava limanından qonaqlama və tədbir məkanlarına rahat səyahəti təmin edir.
NƏQLİYYAT ƏRAZİLƏRİ
Hava limanı və konfrans məkanında nəqliyyat əməliyyat sahələrini əks etdirən xəritələrimizlə tanış olun. Xəritələrimiz Mavi və Yaşıl Zonaların sxemlərini, həmçinin xüsusi ayrılmış avtobusların dayanacağı, "Park and Ride" ərazisini, Metro stansiyası yaxınlığındakı dayanacaq, VVIP yerləşdirmə məkanı və nəqliyyat əraziləri haqqında digər vacib məlumatları göstərir.
COP29 nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunu Bakıdakı Nəqliyyat Qovşaqları ilə birləşdirən yüzlərlə xüsusi brendləşdirilmiş COP29 taksisi və 400-dən çox avtobusdan istifadə edə bilərlər. İcazə məktubları və ya akkreditasiya kartlarını təqdim edən nümayəndələr, təyinat məntəqələri arasında hərəkət edən xüsusi marşrutlu avtobuslardan ödənişsiz istifadə etmək hüququna malik olacaqlar.
Nəqliyyat Sistemi konfrans zamanı rahat hərəkəti təmin etmək üçün iki əsas marşrut xidməti təqdim edir.
Hava limanının xüsusi marşrutlu nəqliyyat vasitələri: 7/24 fəaliyyət göstərən bu sərnişin daşıma xidməti Heydər Əliyev Beynəlxalq Aeroportu ilə əsas nəqliyyat qovşaqları arasında fasiləsiz əlaqəni təmin edir.
Bura daxildir:
Konfrans avtobusları nəqliyyat qovşaqları ilə Bakı Stadionu və digər tədbir məkanları arasında, həmçinin xüsusi ayrılmış avtobuslar isə Koroğlu metrosu ilə stadionun Mavi Zonası arasında 07:00-dan 22:00-a qədər hərəkəti təmin edir.
Konfransın Nəqliyyat Qovşaqları
COP29 Azərbaycan ƏŞ nümayəndələr üçün 155-dən çox hotel və 20 yaşayış kompleksi ilə müxtəlif qonaqlama məkanları təklif edir. Konfrans məkanına və digər əhəmiyyətli yerlərə rahat gediş-gəlişi təmin etmək üçün bu qonaqlama nöqtələri strateji cəhətdən nəqliyyat qovşaqlarının yaxınlığında yerləşir.
Əlaqə: transport@cop29.az