Yaşıl dünya naminə həmrəy olaq

Bizimlə əlaqə

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası

COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

FƏALİYYƏT ÇƏRÇİVƏSİ

Qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq öhdəliyinin təmin olunması hər birimizin mənəvi borcudur. Lakin imkanlar tükənir və gələcəyimizi qorumaq üçün artıq bu gün diqqətimizi investisiyaların yatırılması məsələsinə yönəltməliyik. Bizim əsas prioritetimiz qlobal istiləşməni nəzarətdə və temperatur artımını 1,5°C-dən aşağı saxlamaq üçün emissiyaların azaldılması istiqamətində əsaslı, çevik və dayanıqlı fəaliyyət göstərmək, bu təşəbbüs çərçivəsində bütün tərəfləri bir araya gətirməkdir.

Əsas hədəfimiz

Sədrliyin COP29 planı bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki yanaşı istiqamətə əsaslanır. Ambisiyaların artırılmasını nəzərdə tutan birinci istiqamət bütün tərəflərin iddialı milli planlara və şəffaflığa sadiqliyini təmin etmək üçün əsas komponentləri özündə ehtiva edir. Fəaliyyətə təkan verməyi nəzərdə tutan ikinci istiqamət isə ambisiyaları fəaliyyətə çevirmək, emissiyaları azaltmaq, iqlim dəyişmələrinə uyğunlaşmaq, itki və zərəri aradan qaldırmaq üçün əsas vasitələrdən biri olan maliyyənin vacib rolunu əks etdirir.

Ambisiyaların artırılması və fəaliyyətə təkan

COP29 Sədrliyi maraqlı tərəfləri dinləyir və onlarla əməkdaşlıq edir. Sədrlik hər kəsin səsinin eşidilməsinə və fikirlərinin nəzərə alınmasına, ortaq həllər vasitəsilə inklüziv nəticələrin əldə edilməsinə çalışır. Birlikdə müsbət irəliləyiş əldə edə biləcəyimizə inanırıq.

İnklüziv nəticələr üçün inklüziv proses

Azərbaycanın “yaşıl” enerjiyə keçidlə bağlı təşəbbüsləri

Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1.5°C hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək.

+0%

2050-ci ilə qədər

İstixana qazı emissiyalarını azaltmaq planının mühüm tərkib hissəsi

+0%

2030-cu ilə qədər

Elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payı

KÜLƏK

Azərbaycanın quruda və dənizdə mövcud olan zəngin külək enerjisi resursları dayanıqlı enerji istehsalı üçün mühüm imkanlar yaradır.   Ölkə külək enerjisi üzrə quruda 3 QVt həcmində qiymətləndirilən iqtisadi potensiala, həmçinin dənizdə 157 QVt təşkil edən texniki potensiala malikdir.   Bu potensialın reallaşdırılması istiqamətində mühüm addımlar atılıb. “ACWA Power” və “Masdar” kimi beynəlxalq investorlarla həyata keçirilən layihələr bunun bariz nümunəsidir.

Ətraflı

SU

Hidroenerji ölkənin illik elektrik enerjisi istehsalının təqribən 10 faizini təşkil edir.   Ölkənin şirin su ehtiyatlarının təxminən 25 faizi yaşıl enerji zonaları kimi müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında cəmləşir. Bu potensial həmin ərazilərdə 2050-ci ilədək xalis sıfır hədəfinə çatmaq üçün xüsusi əhəmiyyətə malikdir.   Azərbaycanın hidroenergetika infrastrukturunun tacı 424 MVt qoyuluş gücünə malik Mingəçevir Su Elektrik Stansiyası hesab olunur.

Ətraflı

GÜNƏŞ

Azərbaycanın iqtisadi cəhətdən səmərəli günəş enerjisi potensialı 23 QVt həcmindədir. Günəşli saatların sayının ildə 2400-3200 saata çatması Azərbaycanı günəş enerjisi istehsalı üçün əlverişli ölkəyə çevirir.   2023-cü ilin oktyabrında 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Eyni zamanda, bir sıra digər layihələr reallaşdırılmaqdadır. Ölkə günəş enerjisi üzrə maraqlı tərəflərlə müqavilələr imzalamağa davam edir.   Azərbaycan günəş enerjisi infrastrukturunun genişləndirilməsi prosesində dövlət və özəl sektordan olan tərəfdaşlar, o cümlədən biznes təmsilçiləri və inkişaf bankları, bir sözlə, COP29 çərçivəsində danışıqların mərkəzi olan maraqlı tərəflər ilə əməkdaşlıq edir.

Ətraflı

YAŞIL HİDROGEN

Azərbaycan 2023-cü ilin fevralında Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə aşağı karbonlu hidrogen istehsalını araşdırmağa başlayıb.   Ölkə yaşıl hidrogen sektoru ilə bağlı planlarını həyata keçirmək üçün fəal surətdə çalışır. Beynəlxalq investorlarla imzalanan əməkdaşlıq müqavilələri ortamüddətli dövrdə 10 QVt-a yaxın bərpaolunan enerji güclərinin reallaşdırılmasına imkan yaradacaq ki, bu da öz növbəsində yaşıl hidrogen istehsalına töhfə verə bilər.

Ətraflı

Son xəbərlər

Hamısını gör

22 Oktyabr, 2024

22 Oktyabr, 2024

COP29 Azərbaycan Əməliyyat Şirkəti konfrans məkanında dayanıqlı enerji həllərini tətbiq edəcək

COP29 Azərbaycan Əməliyyat Şirkəti tədbirin bütün aspektləri üzrə dayanıqlılığın  təşviqi və ətraf mühitə təsirlərin minimuma endirilməsi öhdəliyinin bir hissəsi kimi konfrans məkanında dayanıqlı enerji həllərini tətbiq edəcək.  Bu  məqsədlə beynəlxalq iqlim konfransının keçiriləcəyi məkan Bakı Stadionunun  mühüm enerji təchizatı  hidratlaşdırılmış bitki yağı (HVO) hesabına qarşılanacaq.   Qeyd edək ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 konfransını 7 əsas öhdəliyi özündə ehtiva edən dayanıqlılıq siyasətinə əsaslanaraq təşkil edir. Bu öhdəliklərin ən başlıcası bərpa olunan enerji istifadəsi, enerji səmərəliliyi və qaçılmaz emissiyaların balanlaşdırması yolu ilə istixana qaz (İXQ) emissiyalarını azaldaraq karbon neytrallığı konsepsiyasına nail olmaqdır. Birdəfəlik plastiklərin azaldılması, dayanıqlı nəqliyyat xidmətləri və ekoloji cəhətdən təmiz satış məhsullarının təchizatı kimi dayanıqlı təcrübələrin təşviqi dayanıqlılıq siyasətinə əsasən ikinci əsas öhdəlikdir.   Bu iki istiqamətin əsasını təşkil edən prioritet təşəbbüslərdən biri də konfrans məkanının əksər hissələrinin enerji təchizatı üçün qazıntı yanacağına alternativ olaraq hidratlaşdırılmış bitki yağının (HVO) seçimi və istifadəsidir.  Bu təşəbbüs konfrans məkanında enerjidən istifadə nəticəsində yaranan İXQ emissiyalarını əhəmiyyətli dərəcədə azaldılması məqsədi daşıyır.   Hidratlaşdırılmış bitki yağı (HVO) aşağı karbonlu yanacaq mənbəyidir və onun yanması zamanı yaranan karbon emissiyaları bu yağı hazırlamaq üçün istifadə olunan bitkilərin udduğu karbonla kompensasiya olunur. Bu isə HVO-nu ənənəvi qazıntı yanacaqdan daha dayanıqlı alternativə çevirir. Bundan əlavə, HVO tədbir məkanlarında və ətrafda havanın keyfiyyətini yaxşılaşdıraraq bərk hissəciklər, azot oksidləri və kükürd oksidləri kimi zərərli tullantıları əhəmiyyətli dərəcədə azaldır. HVO ilə yanaşı, tədbir məkanın bütün digər enerji ehtiyacları konfrans tarixləri ərzində bərpa olunan enerji mənbələrindən təmin edəcək.   Qeyd edək ki, bu innovativ  təşəbbüs COP29 Enerji keçidi üzrə Tərəfdaş - “SOCAR Green” şirkətinin dəstəyi ilə reallaşacaq. Sözügedən şirkət tədbir məkanını elektrik enerjisi ilə təmin etmək üçün lazımi HVO həcmlərinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu fakt Azərbaycanın daha dayanıqlı və aşağı karbonlu enerji gələcəyinə keçidlə bağlı böyük hədəflərini əks etdirir.   COP29 Azərbaycan ƏŞ əmindir ki, bu yanaşma digər beynəlxalq tədbirlərə də nümunə olacaq və tədbirin həm dayanıqlı, həm də karbon neytral olması üzrə öhdəliyini daha da gücləndirəcəkdir.

22 Oktyabr, 2024

22 Oktyabr, 2024

COP29 ərəfəsində yerli otellər üçün dayanıqlılıq təlimləri keçirilir

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına hazırlıq çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti Dövlət Turizm Agentliyi və Azərbaycan Hotel Assosiasiyası ilə birgə  dayanıqlılıq səriştələrinin artırılması istiqamətində müvafiq addımların atılmasını davam etdirir. Belə ki, ölkəmizdə fəaliyyət göstərən hotellər müvafiq təlimlərə cəlb olunub.   COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlanmış Dayanıqlılıq Təlimatları əsasında tərtib olunmuş və Əməliyyat Şirkətinin müvafiq departamentlərinin mütəxəssisləri tərəfindən keçirilən təlimlər yerli hotel sektorunun dayanıqlılıq sahəsində potensialının artırılmasına və beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlib. Keçirilən təlimlər Bakı, Abşeron və Sumqayıt ərazilərində fəaliyyət göstərən hotelləri əhatə edib. Təlimlərin məqsədi qonaqpərvərlik sektorunda əməliyyatların düzgün icrasına, yerli hotellərin yüksək təhlükəsizlik standartlarına, eləcə də inklüzivlik və müyəssərlik prinsiplərinə uyğun fəaliyyətinin təşkildə dəstəkdir.   Qeyd edək ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin hotel və qonaqlama sektoru üzrə hazırladığı Dayanıqlılıq Təlimatları özündə ən qabaqcıl beynəlxalq təcrübələri birləşdirir. Bu sənəd resursların məsuliyyətli idarə olunmasını təşviq etmək, yerli iqtisadiyyatı dəstəkləmək və inklüzivliyi təmin etmək, bununla da müsbət ekoloji, sosial və iqtisadi nəticələrə nail olmaq kimi məsələləri ehtiva edir. Təlimatda inklüzivliyin təmin olunması məqsədilə hotelin girişdən başlamış otaqlar da daxil olmaqla bütün infrastrukturunun və xidmətlərin bütün qonaqlar üçün müyəssər və əlçatan olması əsas prioritetlərdən biri kimi qeyd edilir.   Təlimat həmçinin daşınma-nəqliyyat sahəsində karbon emissiyasını azaltmaq üçün yerli biznes və təchizatçılarla əməkdaşlığı təşviq edir, bu çərçivədə enerji istehlakına qənaət etmək üçün müvafiq infrastruktur və təcrübələrin tətbiqini tövsiyə edir. Bundan əlavə, müvafiq sənəd karbon ayaq izinin azalması istiqamətində müvafiq tövsiyələr, su kimi qiymətli resursu qorumaq üçün qənaətcil qurğu və texnoloji innovasiyaların tətbiqini, həmçinin plastik də daxil olmaqla müxtəlif tullantıların yaranmasının minimuma endirilməsini və təkrar emal prosesində səmərəli idarəetmə sisteminin inkişafını nəzərdə tutur.

21 Oktyabr, 2024

21 Oktyabr, 2024

COP29-da qeydiyyatdan keçənlərin ilkin sayı açıqlanıb

Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransına müxtəlif ölkələrdən qatılacaq nümayəndə heyətlərinin qeydiyyat prosesi uğurla davam edir.   Cari tarixə olan məlumata əsasən, COP29-da iştirak üçün müvafiq qeydiyyat prosesindən keçən iştirakçıların sayı 32 000 nəfəri keçib. Qeyd edək ki, beynəlxalq iqlim konfransında iştirakla bağlı qeydiyyat prosesinə bu ilin 24 iyun tarixindən etibarən başlanılıb. Dünyanın müxtəlif ölkələrindən konfransda iştiraka dair göstərilən maraq qeydiyyatdan keçənlərin sayının da günbəgün artımı ilə müşaiyət edilir.   COP tədbirlərinə xas olan əksər deleqasiyaların tədbirə daha yaxın tarixlərdə qeydiyyat üçün müraciət etmə tendensiyası nəzərə alınaraq, davam edən qeydiyyat prosesi ərzində bu rəqəmlərin yaxın həftələrdə daha da artması gözlənilir.   Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransı beynəlxalq iqlim siyasətinin formalaşmasında əsas platforma olaraq, dünya miqyasında iqlim dəyişmələrinə qarşı mübarizə məsələlərinin müzakirə mərkəzi olacaq. Dünyanın bir sıra ölkələrindən bu müzakirələrdə iştirak etmək üçün onminlərlə nümayəndənin Bakıda qarşılanması üçün yekun hazırlıq işləri davam etdirilir.

Hamısını gör

Tez-tez verilən suallar

Hamısını gör
Hamısını gör

Əlaqə

Ümumi sorğular üçün:

generalenquiries@cop29.az

Konfrans media xidmətləri üçün:

mediaservices@cop29.az

Media sorğuları üçün

media@cop29.az