Tibbi xidmətlər
Bütün COP29 ziyarətçiləri tədbir məkanında ilk və təcili tibbi yardım xidmətlərindən yararlana bilərlər. Beynəlxalq iştirakçılara səyahət sığortası əldə etmələri tövsiyə olunur.
Fəaliyyət tarixləri
Tibbi xidmətlər 4 noyabr – 23 noyabr 2024-cü il tarixlərində aktiv olacaq.
İş saatları
Mavi Zonada yerləşən ilk tibbi yardım otaqları səhər saat 08:00-dan axşam saat 22:00-a kimi fəaliyyət göstərəcək, ilk tibbi yardım otaqlarından biri isə həftənin 7 günü 24 saat ərzində xidmət göstərəcək. Təcili tibbi yardım xidməti isə gecə saatlarında da təmin ediləcək.
Təcili tibbi yardım xidməti üçün müraciət
Tədbir məkanında tibbi yardım xidməti fəaliyyət göstərəcək. İştirakçılar tibbi yardım üçün COP29 heyətinə və ya ən yaxın ilk tibbi yardım otağına müraciət edə bilərlər. Təcili tibbi yardım çağırmaq üçün mobil və ya şəhər telefonu vasitəsilə 103 nömrəsinə zəng etməyiniz xahiş olunur.
Gəliş və gediş
Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili tibbi yardım xidməti fəaliyyət göstərəcək və zərurət yarandıqda pasiyentlərin xəstəxanaya çatdırılmaları təmin ediləcək.
Qeyd
Tədbir məkanında göstərilən tibbi xidmətlər yalnız ilkin və təcili tibbi yardım məqsədi daşıyır. COP29 təşkilatçıları tədbir məkanında göstərilən xidmətlərdən kənarda yaranan tibbi xərclərə görə məsuliyyət daşımır. İştirakçılara konfransa gəlməzdən əvvəl şəxsi həkimləri ilə məsləhətləşmələri tövsiyə olunur.
Əlaqə
Tibbi xidmətlər ilə bağlı suallarınızı medical@cop29.az ünvanına yönəldə bilərsiniz.