Karyera
İşəgötürmə prosesi
Seçim proseduru
Müsahibənin birinci mərhələsindən sonra seçilən namizədlər bacarıq və biliklərin, eləcə də təcrübənin xüsusi iş tələblərinə uyğunluğunun daha dərindən araşdırılması üçün ikinci mərhələyə dəvət olunacaq. Bu mərhələyə müxtəlif komanda üzvləri ilə görüşlər, eləcə də qiymətləndirmə, konkret halların araşdırılması və ya testlər daxil ola bilər. Seçim prosesinin bütün mərhələlərindən uğurla keçmiş namizədə iş təklifi veriləcək. Yekun mərhələdə isə əmək müqaviləsi imzaladıqdan sonra COP29 Azərbaycan Əməliyyat Şirkətində müvafiq vəzifə üzrə rəsmi olaraq əmək fəaliyyətinə başlayacaq.
Maraqlanan namizədlər mövzu yerində müvafiq vakansiya üzrə vəzifəni qeyd etməklə, CV-lərini cv@cop29.az elektron ünvanına göndərərək müraciət edə bilərlər.