Şərt və Müddəalar
COP29 Azərbaycan Əməliyyat Şirkətinin (bundan sonra “COP29 Azərbaycan ƏŞ”) veb-saytına daxil olaraq ondan istifadə etməklə, siz aşağıdakı şərt və müddəalarda qeyd olunan xidmət şərtlərini qəbul edir və onlara riayət etmək üçün öhdəlik götürürsünüz. Bu şərtlər bütün veb-sayta, eləcə də sizinlə COP29 Azərbaycan Əməliyyat Şirkəti arasında həyata keçirilən istənilən e-poçt göndərişi və ya digər yazışma/ünsiyyət formalarına şamil olunur.
COP29 Azərbaycan ƏŞ komandası bu veb-saytdakı materiallardan istifadə etmə və ya istifadə edə bilməmə nəticəsində yaranan hər hansı birbaşa, dolayı, xüsusi, təsadüfi və ya törəmə zərərə, o cümlədən, lakin bununla məhdudlaşmadan, COP29 Azərbaycan ƏŞ-nin komandası və ya səlahiyyətli nümayəndəsinə belə zərərin mümkünlüyü barədə əvvəlcədən məlumatın verilib verilməməsindən asılı olmayaraq məlumat və ya mənfəət itkisinə görə heç bir halda maddi məsuliyyət daşımır. COP29 Azərbaycan ƏŞ veb-saytın resurslarından istifadə əsnasında baş verə bilən hər hansı nəticəyə görə məsuliyyət daşımır və istənilən vaxt qiymətləri dəyişmək, eləcə də resurslardan istifadə siyasətini yenidən nəzərdən keçirmək hüququnu özündə saxlayır.
İcazə
COP29 Azərbaycan ƏŞ sizə bu veb-saytı yalnız hazırkı şərtlər çərçivəsində yükləmək, quraşdırmaq və istifadə etmək üçün başqasına ötürülməyən və məhdud icazə verir.
Siz bu şərt və müddəalara riayət etmək üçün öhdəlik götürməyə razılaşırsınız. Əgər bu şərt və müddəaları qəbul etmirsinizsə, o zaman COP29 Azərbaycan ƏŞ-nin xidmətlərindən istifadə etməməyiniz xahiş olunur. Bu şərt və müddəalar çərçivəsində “siz” şəxs əvəzliyi həm fərd olaraq sizi, həm də təmsil etdiyiniz qurumu ehtiva edir. Bu müddəaların hər hansı birini pozduğunuz təqdirə, biz hesabınıza məhdud girişi (sizə xəbərdarlıq etmədən) sonlandırmaq hüququnu özümüzdə saxlayırıq.
Anlayış və əsas terminlər
Aşağıda mətn boyu istifadə olunan terminlərin anlayışı verilir:
Məhdudiyyətlər
Siz razılaşırsınız ki, aşağıdakıları etməyəcək və başqalarının da etməsinə yol verməyəcəksiniz:
Təkliflər
Veb-saytla bağlı COP29 Azərbaycan ƏŞ-ə təqdim etdiyiniz hər hansı rəy, şərh, ideya, təkmilləşdirmə və ya təkliflər (birlikdə “Təkliflər”) yalnız COP29 Azərbaycan ƏŞ-nin müstəsna mülkiyyəti olaraq qalır.
COP29 Azərbaycan ƏŞ (müəllifi qeyd etmədən və ya sizə kompensasiya ödəmədən) Təklifləri hər hansı məqsəd üçün və istənilən formada istifadə etmək, surətini çıxarmaq, dəyişdirmək, dərc etmək və ya yaymaq hüququna malikdir.
Razılıq
Biz veb-saytımıza daxil olduğunuz zaman cihazınıza quraşdırılan fayllar və onlardan istifadə qaydaları xüsusunda tam şəffaflığı təmin etmək üçün sizi öz qayda və şərtlərimizlə tanış etdik. Veb-saytımızdan istifadə etməklə, siz bu şərt və müddəaları qəbul edirsiniz.
Digər veb-saytlara keçid linkləri
Bu şərt və müddəalar yalnız Xidmətlərə şamil olunur. Xidmətlər COP29 Azərbaycan ƏŞ tərəfindən idarə və ya nəzarət olunmayan veb-saytlara keçid linklərini ehtiva edə bilər. Biz bu veb-saytlarda ifadə olunan məzmun, dəqiqlik və ya rəylərə görə məsuliyyət daşımırıq və belə veb-saytlar tərəfimizdən araşdırılmır, nəzarət olunmur və ya dəqiqlik, yaxud tamlıq baxımından yoxlanılmır. Nəzərə alın ki, Xidmətlərdən başqa veb-sayta keçmək üçün linkə klik etdiyiniz zaman şərt və müddəalar artıq qüvvədə olmur. Platformamızla linki verilən və ya hər hansı digər veb-saytdakı fəaliyyət və qarşılıqlı əlaqəniz həmin veb-saytın öz qayda və standartları ilə tənzimlənir. Üçüncü tərəflər sizin haqqınızda məlumat toplamaq üçün öz “cookie” fayllarından, yaxud digər üsullardan istifadə edə bilərlər.
Şərt və Müddəalarda dəyişikliklər
Siz təsdiq edir və razılaşırsınız ki, COP29 Azərbaycan ƏŞ sizə və ya ümumiyyətlə, istifadəçilərə əvvəlcədən xəbərdarlıq etmədən və öz mülahizəsi əsasında Xidməti və ya onun hər hansı komponentini (daimi və ya müvəqqəti) dayandırmaq hüququna malikdir. Həmçinin, siz də istənilən vaxt Xidmətdən istifadəni dayandıra bilərsiniz və bu zaman COP29 Azərbaycan ƏŞ-ə xüsusi olaraq məlumat verməyinizə ehtiyac yoxdur.
Əgər biz şərt və müddəaları dəyişdirmək qərarına gəlsək, həmin dəyişiklikləri bu İnternet səhifəsində yerləşdirəcək və/yaxud aşağıda qayda və şərtlərin dəyişdirildiyi tarixi yeniləyəcəyik.
Veb-saytın modifikasiyası
COP29 Azərbaycan ƏŞ sizə əvvəlcədən xəbərdarlıq etmədən, həmçinin hər hansı maddi məsuliyyət daşımadan, bu veb-saytı və ya istənilən əlaqəli xidməti dəyişdirmək, eləcə də müvəqqəti və ya birdəfəlik dayandırmaq hüququna malikdir.
Veb-saytın yenilənməsi
COP29 Azərbaycan ƏŞ düzəliş kodlarının daxil edilməsi, proqram təminatındakı xətaların aradan qaldırılması, eləcə də yeniləmələr, təkmilləşdirmələr və digər modifikasiyalar (birlikdə “Yeniləmələr”) aparmaqla, veb-saytın xüsusiyyət və funksionallığının vaxtaşırı artırılması və ya yaxşılaşdırılmasını təmin edə bilər.
Yeniləmələr veb-saytın müəyyən xüsusiyyət və ya funksiyalarını dəyişdirə, yaxud silə bilər. Siz razılaşırsınız ki, COP29 Azərbaycan ƏŞ-nin (i) hər hansı Yeniləməni təmin etmək və ya (ii) veb-saytın hər hansı spesifik xüsusiyyət, yaxud funksiyalarını sizə təqdim etmək və ya onları aktivləşdirməyə davam etmək öhdəliyi yoxdur.
Siz həmçinin razılaşırsınız ki, bütün Yeniləmələr (i) veb-saytın ayrılmaz tərkib hissəsidir və (ii) bu Sazişin şərt və müddəalar həmin Yeniləmələrə də şamil olunur.
Üçüncü tərəf xidmətləri
Biz üçüncü tərəfin məzmununu (verilənlər, məlumatlar və tətbiqləri, eləcə də digər xidmətləri) göstərə, daxil edə və ya hazır edə, yaxud üçüncü tərəfin veb-saytlarına / xidmətlərinə keçid verə bilərik (“Üçüncü tərəf xidmətləri”).
Siz qəbul edir və razılaşırsınız ki, COP29 Azərbaycan ƏŞ hər hansı üçüncü tərəfin xidmətinə, o cümlədən onların düzgünlüyü, tamlığı, vaxtında təmin edilməsi, müəllif hüquqlarına uyğunluğu, keyfiyyəti və ya hər hansı digər aspektinə görə məsuliyyət daşımır. COP29 Azərbaycan ƏŞ hər hansı üçüncü tərəfin xidmətləri ilə bağlı siz və ya hər hansı digər şəxs / qurum qarşısında maddi məsuliyyət və ya öhdəlik daşımır.
Üçüncü tərəf xidmətləri və onlara keçid linkləri yalnız sizin rahatlığınız üçün verilir və siz bu üçüncü tərəflərin şərt və müddəalarına uyğun şəkildə həmin veb-saytlara daxil olmaq və onlardan istifadə etmək riskini tam şəkildə öz üzərinizə götürürsünüz.
Sıfır zəmanət
Veb-sayt sizə “NECƏ VAR” və “OLDUĞU KİMİ”, yəni bütün nasazlıq və qüsurlarla, eləcə də hər hansı zəmanət olmadan təqdim edilir. COP29 Azərbaycan ƏŞ qüvvədə olan qanunun icazə verdiyi maksimal dərəcədə veb-saytla bağlı açıq, nəzərdə tutulan, qanuni və ya bütün digər zəmanətlərdən öz adından açıq şəkildə imtina edir. Bura satınalma üçün yararlılıq, müəyyən məqsəd üçün uyğunluq, mülkiyyət hüququ və üçüncü tərəflərin hüquqlarının pozuntusuna yol verilməməsi, eləcə də sövdələşmə, icra, istifadə və ya ticarət zamanı yarana biləcək bütün zəmanətlər də daxildir. Yuxarıda qeyd olunan müddəalarla yanaşı, COP29 Azərbaycan ƏŞ sözügedən veb-saytın ehtiyaclarınıza cavab verəcəyinə, nəzərdə tutulan nəticələrə nail olacağına, digər proqram təminatı, veb-sayt, sistem və ya xidmətlərlə uyğunluq təşkil edəcəyinə və ya onlarla (fasiləsiz) işləyəcəyinə, fəaliyyət və ya etibarlılıq standartlarına cavab verəcəyinə, səhvsiz olacağına, yaxud hər hansı səhv və ya qüsurun aradan qaldırılacağına dair heç bir zəmanət vermir və ya öhdəlik götürmür.
Yuxarıda qeyd olunan müddəalarla yanaşı, nə COP29 Azərbaycan ƏŞ, nə də onun hər hansı təchizatçısı (i) veb-saytın işləməsi və ya mövcudluğu, yaxud ona daxil edilmiş məlumat, məzmun, materiallar və ya məhsullar; (ii) veb-saytın fasiləsiz və ya səhvsiz işləməsi; (iii) veb-sayt vasitəsilə təqdim olunan hər hansı məlumat və ya məzmunun dəqiqliyi, etibarlılığı və ya vaxtında təmin olunması; və ya (iv) COP29 Azərbaycan ƏŞ tərəfindən, yaxud onun adından göndərilən veb-sayt, onun serverləri, məzmunu və ya e-poçtlarında viruslar, skriptlər, Troya atları, “qurdlar”, zərərli proqramlar, təyin olunmuş vaxtda işə düşən “bombalar” və ya digər zərərli komponentlərin olmamasına birbaşa və ya dolayı şəkildə zəmanət vermir.
Əqli mülkiyyət
Bu veb-sayt və onun bütün məzmun, xüsusiyyət və funksionallığı, o cümlədən bütün məlumatlar, proqram təminatı, mətn, displey, şəkil, video-audio fayllar və onların dizaynı, seçimi və tərtibatı COP29 Azərbaycan ƏŞ, onun lisenziarları və ya bu cür materialların digər təchizatçılarına məxsusdur. Bu materiallar müəllif hüququ, ticarət nişanı, patent, kommersiya sirri və digər əqli mülkiyyət və ya mülkiyyət hüquqları haqqında Azərbaycan Respublikasının qanunları və beynəlxalq hüquq çərçivəsində qorunur. Bu qayda və şərtlərdə açıq şəkildə icazə verilməzsə, materialların (COP29 Azərbaycan ƏŞ-nin əvvəlcədən verdiyi yazılı razılıq olmadan) hər hansı şəkildə (tam və ya qismən) surətini çıxarmaq, onları dəyişdirmək, çoxaltmaq, veb-saytdan yükləmək və ya yaymaq olmaz. Materialın hər hansı icazəsiz istifadəsi qəti qadağandır.
Mübahisəli məsələ haqqında bildiriş
“Mübahisə” dedikdə, müqavilə, zəmanət, hüquq pozuntusu, qanun, nizamnamə, sərəncam və ya hər hansı digər qanuni, yaxud bərabər şərtlərdən irəli gəlməsindən asılı olmayaraq, siz və COP29 Azərbaycan ƏŞ arasında Xidmətlər və ya bu Sazişlə bağlı hər hansı fikir ayrılığı, hərəkət və ya mübahisəli məsələ nəzərdə tutulur. “Mübahisə” termini milli qanunvericiliyin yol verdiyi qədər geniş mənada təfsir olunur. Mübahisəli məsələ yaranarsa, tərəflərdən biri (siz və ya COP29 Azərbaycan ƏŞ) digər tərəfə mübahisə barədə yazılı bildiriş təqdim etməlidir. Bu bildirişdə onu təqdim edən tərəfin adı, ünvanı və əlaqə məlumatları, eləcə də mübahisəyə səbəb olan faktlar və tələb olunan hüquqi yardım əks olunmalıdır. İstənilən mübahisə barədə yazılı bildiriş generalenquiries@Cop29.az e-poçt ünvanına göndərilməlidir. Öz növbəsində, COP29 Azərbaycan ƏŞ-i də istənilən mübahisə bildirişini poçt vasitəsilə sizin fiziki və ya e-poçt ünvanınıza göndərəcək. Siz və COP29 Azərbaycan ƏŞ mübahisə bildirişi göndərildikdən sonra altmış (60) gün ərzində hər hansı mübahisəni qeyri-rəsmi danışıqlar yolu ilə həll etməyə çalışmalısınız. Mübahisə altmış (60) gün ərzində həll olunmazsa, tərəflərdən hər hansı biri məhkəməyə müraciət edə bilər.
Münasibəti tənzimləyən hüquq
Bu münasibətdən irəli gələn və ya onunla bağlı olan, habelə onun predmeti və ya hazırlanması ilə əlaqədar yaranan hər hansı mübahisəli məsələ, yaxud iddia (o cümlədən sazişdən kənar olan mübahisə və ya iddialar), Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və təfsir edilir.
Mübahisələrin həlli
Əgər siz və COP29 Azərbaycan ƏŞ hər hansı mübahisəni qeyri-rəsmi danışıqlar yolu ilə həll edə bilmirsinizsə, mübahisənin həlli üçün əlavə səylər bu bölmədə qeyd olunduğu kimi həyata keçiriləcək və mübahisəli məsələ Azərbaycan Respublikasının kommersiya qanunlarına uyğun şəkildə həll ediləcəkdir. Bu müqavilədən irəli gələn və ya onunla bağlı yaranan hər hansı mübahisə Bakı Kommersiya Məhkəməsinə yönləndirilir və həll edilir. Mübahisəni məhkəmə qaydasında udan tərəfin bütün hüquqi, mühasibatlıq və s. xərcləri, eləcə də müvafiq haqq və məsrəfləri mübahisəni məhkəmə qaydasında uduzan tərəf kompensasiya edir.
Kampaniyalar
COP29 Azərbaycan ƏŞ vaxtaşırı özünüz haqqında şəxsi məlumat və ya materialları təqdim etməyinizi tələb edən müsabiqə, kampaniya, lotereya və ya digər fəaliyyətlər (“Kampaniyalar”) təklif edə bilər. Nəzərə alın ki, bütün Kampaniyalar yaş və coğrafi məhdudiyyətlər kimi uyğunluq tələblərini ehtiva edən xüsusi qaydalarla idarə oluna bilər. İştirak üçün uyğun olub olmadığınızı müəyyən etmək məqsədilə Kampaniyanın bütün qaydalarını nəzərdən keçirmək sizin məsuliyyətinizdir. İstənilən Kampaniyaya daxil olmaqla, siz bütün tətbiq olunan Kampaniya qaydalarını qəbul edir və onlara riayət etməyə razılaşırsınız.
Bu Sazişin bir hissəsi olan Xidmətlər çərçivəsində və ya Xidmətlər vasitəsilə mal, yaxud xidmətlərin satın alınmasına əlavə qayda və şərtlər tətbiq edilə bilər.
Digər müddəalar
Səlahiyyətli yurisdiksiya məhkəməsi istənilən səbəbdən bu şərt və müddəaların hər hansı maddəsi və ya hissəsini qüvvədən düşmüş hesab edərsə, bu şərt və müddəaların qalan hissəsi öz hüquqi qüvvəsini tam qoruyub saxlayacaq. COP29 Azərbaycan ƏŞ sizin tərəfinizdən hər hansı faktiki və ya gözlənilən pozuntu halında məhkəmə qadağası və ya digər ədalətli hüquqi müdafiə (hər hansı zəmanət və ya girova ehtiyac olmadan) vasitəsi ilə təmin oluna bilər. COP29 öz Xidmətini Azərbaycandakı ofislərindən idarə edir və nəzarətdə saxlayır. Bu qayda və şərtlər tam müqaviləni təşkil edir və tərəfinizdən dəyişdirilə, yaxud tənzimlənə bilməz.
Məsuliyyətdən imtina
COP29 Azərbaycan ƏŞ hər hansı məzmun və ya qeyri-dəqiqliyə görə məsuliyyət daşımır.
COP29 Azərbaycan ƏŞ heç bir zəmanət və ya təminat vermir.
Heç bir halda COP29 Azərbaycan ƏŞ Xidmət və ya onun məzmunundan istifadə nəticəsində yaranan müqavilə, səhlənkarlıq və ya digər hüquqi səbəblərdən asılı olmayaraq, hər hansı xüsusi, birbaşa, dolayı, ciddi və ya təsadüfi zərərə, yaxud istənilən ziyana görə məsuliyyət daşımayacaq. Şirkət istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən Xidmətin məzmununa əlavələr etmək, onu silmək və ya dəyişdirmək hüququna malikdir.
COP29 Azərbaycan ƏŞ Xidməti və onun məzmunu hər hansı açıq və ya nəzərdə tutulan zəmanət, yaxud təminatsız “necə var” və “olduğu kimi” təqdim olunur. COP29 Azərbaycan ƏŞ üçüncü tərəflərin təmin etdiyi məzmunun naşiri yox, distribyutoru kimi çıxış edir; buna görə də, COP29 Azərbaycan ƏŞ bu məzmun üzərində redaksiya nəzarətini həyata keçirmir və COP29 Azərbaycan ƏŞ Xidməti vasitəsilə təklif olunan və ya onun vasitəsilə əldə edilə bilən hər hansı məlumat, məzmun, xidmət və ya məhsulun düzgünlüyü, etibarlılığı və ya aktuallığına zəmanət, yaxud təminat vermir. Yuxarıdakı müddəalarla yanaşı, COP29 Azərbaycan ƏŞ öz Xidməti çərçivəsində və ya onunla əlaqəli ötürülən hər hansı məzmuna, o cümlədən COP29 Azərbaycan ƏŞ Xidmətinin bir hissəsi kimi və ya onunla əlaqədar müvafiq saytlarda verilən və ya təklif olunan məhsullardakı məzmunla bağlı bütün zəmanət və təqdimatlardan açıq şəkildə imtina edir. Bura yararlılıq, müəyyən məqsəd üçün uyğunluq və üçüncü tərəflərin hüquqlarının pozuntusuna yol verilməməsi üzrə zəmanətlər də daxildir, lakin bunlarla məhdudlaşmır. COP29 Azərbaycan ƏŞ və ya onun işçi, direktor, agent və ya oxşar nümayəndələri tərəfindən verilən heç bir şifahi məsləhət və ya yazılı məlumat zəmanət təşkil etməyəcək. Əlavə olaraq, COP29 Azərbaycan ƏŞ öz Xidmətinin fasiləsiz, korrupsiyasız, vaxtlı-vaxtında və ya səhvsiz olacağına zəmanət vermir.
Əlaqə
Hər hansı sualınız olarsa, generalenquiries@Cop29.az e-poçtuna yazaraq bizimlə əlaqə saxlaya bilərsiniz.