İctimai iaşə
İaşə xidmətlərimizin əsasını davamlılıq prinsiplərinə bağlılığımız təşkil edir. Buna görə də biz yerli məhsullardan istifadə edirik və ərzaqların daşınma məsafəsini azaltmağa həmçinin regional fermerlərə dəstək olmağa çalışırıq. Komandamız mövsümi məhsulları diqqətlə seçir, tullantıları və qablaşdırmanı azaltmaqla yanaşı, hər yeməkdə yüksək keyfiyyəti qoruyub saxlayır. Eyni zamanda, birdəfəlik plastikdən istifadəni minimuma endirir və qida hazırlığında, saxlanmasında və təqdimatında ekoloji cəhətdən təmiz üsullara üstünlük veririk. Beləliklə də tədbirin ümumi məqsədlərinə uyğun fəaliyyət göstəririk.
Komanda olaraq hazırlıqdan təqdimata və yeməklərin vaxtında çatdırılmasına qədər hər mərhələdə diqqətli və professional xidmət göstəririk. Biz bufet xidməti, fərdi yemək qutuları, qəhvə fasiləsi və kanapelər kimi tədbirin proqramına uyğunlaşdırılmış xidmətlər təklif edirik. Əməkdaşlarımız qida təhlükəsizliyi tələblərinə cavab vermək üçün müvafiq təlimlər keçmişdir və hər bir iştirakçının təhlükəsiz və dadlı yeməklərdən zövq almasını təmin etmək üçün çalışacaqdır. Məqsədimiz COP29 tədbirində hər kəs üçün xoş və yadda qalan yemək təcrübəsi yaratmaqdır
Rezervasiya və Sorğular:
İctimai İaşə xidmətlərini rezerv etmək üçün zəhmət olmasa cop29.flexcatering.co saytına daxil olun.
Ətraflı məlumat üçün catering@cop29.az ünvanına müraciət edə bilərsiniz.