Bakıda nəqliyyat vasitələrinin icarəsi xidməti
“Rent a car Baku” şirkəti COP29 qonaqlarının nəqliyyat vasitələri ilə təmin edilməsi və bu istiqamətdə sorğuların idarə edilməsi üzrə məsul tərəfdaş olaraq təyin edilib.
Rezervasiya portalı və nümayəndə heyətləri üçün əlavə məlumatlar www.rentacarbaku.az saytında əks olunub.
Qrup rezervasiya sifarişlərinə ehtiyac duyan daha böyük nümayəndə heyətləri üstünlük verdikləri nəqliyyat vasitələri üçün mümkün qısa zaman ərzində nəqliyyat xidmətlərinin təchizatçısı ilə birbaşa əlaqə saxlamalıdırlar. Rezervasiya sistemi nəqliyyat vasitələri üzrə qiymətlərin sabitliyinə zəmanət verir və büdcənizi hər hansı gözlənilməz dəyişiklik olmadan planlaşdırmağınıza şərait yaradır.
Rezervasiya portalında COP29 üçün kifayət edəcək sayda nəqliyyat vasitələri mövcud olsa da, Konfransa bir neçə həftə qalmış nəqliyyat vasitələri ilə bağlı say məhdudiyyətinin yaranmaması üçün rezervasiya prosesinin mümkün qədər öncədən tamamlanması tövsiyə olunur.
O cümlədən nümayəndələr “Rent a Car Baku” şirkəti ilə avtomobil rezervasiya edə bilsələr də, alternativ şirkətlər vasitəsilə də avtomobil rezervasiya etmək imkanına sahibdirlər. Nəqliyyat vasitələri ilə bağlı suallar üçün əlaqə: cop29@rentacarbaku.az