COP29 Təşkilat Komitəsi
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Təşkilat Komitəsinin sədri təyin edilib.
Komitənin tərkibində inklüziv və geniş tərkibdə təmsilçiliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il yanvarın 19-da və fevralın 22-də Komitənin tərkibinin genişləndirilməsi ilə bağlı yeni sərəncamlar imzalayıb.
COP29 TƏŞKİLAT KOMİTƏSİNİN ÜZVLƏRİ:
Muxtar Babayev
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti
Ceyhun Bayramov
Azərbaycan Respublikasının xarici işlər naziri
Mikayıl Cabbarov
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Vilayət Eyvazov
Azərbaycan Respublikasının daxili işlər naziri
Fərəh Əliyeva
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Hikmət Hacıyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Anar Ələkbərov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Emin Əmrullayev
Azərbaycan Respublikasının elm və təhsil naziri
Kəmaləddin Heydərov
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Teymur Musayev
Azərbaycan Respublikasının səhiyyə naziri
Arif Səmədov
Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi
Rəşad Nəbiyev
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Pərviz Şahbazov
Azərbaycan Respublikasının energetika naziri
Samir Şərifov
Azərbaycan Respublikasının maliyyə naziri
Xanlar Ağalarov
Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri
Nigar Arpadarai
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Gülşən Axundova
“Qadın, İnkişaf, Gələcək” ictimai birliyinin sədri
Şahin Bağırov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Aygün Əliyeva
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru
Vüqar Əhmədov
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
Eldar Əzizov
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Səbinə Hacıyeva
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi
Mehriban İmanova
Azərbaycan Elm Fondunun İcraçı direktoru
Sevinc Fətəliyeva
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Vüsal Hüseynov
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
İlhamə Qədimova
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Elçin Quliyev
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Vüqar Qurbanov
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru
Anar Quliyev
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Ülvi Mehdiyev
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Məryəm Məcidova
Azərbaycan Respublikasının Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” ictimai birliyinin sədri
Natəvan Məmmədova
Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi
Saleh Məmmədov
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri
Nigar Məmmədova
“DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru
Şəbnəm Məmmədova
“SmartNation” platformasının təsisçisi
Bahar Muradova
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Zaur Mikayılov
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
İlqar Musayev
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi
Samirə Musayeva
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini
Zəkiyyə Mustafayeva
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini
Əli Nağıyev
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Fuad Nağıyev
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Rövşən Nəcəf
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Balababa Rzayev
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Könül Nurullayeva
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Samir Rzayev
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Ruslan Sadıqov
Bakı “Ağ Şəhər” layihəsinin baş direktoru
Firuzə Sultanzadə
“EkoSfera” Sosial Ekoloji Mərkəzi İdarə Heyətinin sədri
Umayra Tağıyeva
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
İnarə Vəliyeva
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədri
Pərvanə Vəliyeva
“Sağlamlığa Xidmət” ictimai birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi
Mariana Vasileva
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Fatma Yıldırım
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Səadət Yusifova
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Yeni idarə heyətində qadınlar və vətəndaş cəmiyyəti geniş şəkildə təmsil olunur.
Yanvarın 22-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclası olub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq COP29-un uğurlu təşkili üçün Təşkilat Komitəsinin fəaliyyəti və gözləntiləri haqqında danışıb, eyni zamanda, beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü və etibarlı tərəfdaş kimi Azərbaycanın əvvəlki illərdə COP-a ev sahibliyi etmiş ölkələrlə təcrübə mübadiləsi apardığını diqqətə çatdırıb.
Prezident İlham Əliyevin COP29-la bağlı müşavirədə hazırlıq işləri barədə verdiyi tapşırığa toxunan Samir Nuriyev sessiyanın ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini bildirib.
Sonra Təşkilat Komitəsinin üzvlərinin gündəlikdə duran məsələlər üzrə məruzələri dinlənilib.
İclasın sonunda Təşkilat Komitəsinin Katibliyinin, COP29-un prezidentinin, baş danışıqçı heyətinin, Əməliyyat Şirkətinin fəaliyyəti, COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının yekunlaşdırılması və digər aidiyyətı məsələlərlə bağlı tapşırıqlar verilib.
Martın 7-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ikinci iclası olub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ilk iclasdan ötən müddət ərzində COP29-a hazırlıq çərçivəsində görülmüş işləri qeyd edib.
COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev çıxışında ölkəmizin COP29-a sədrliyindən irəli gələn məsələlərin müzakirəsi məqsədilə həyata keçirilən xarici səfərlər, xarici ölkələrin və beynəlxalq təşkilatların iqlim məsələlərinə məsul rəsmiləri ilə keçirdiyi görüşlər barədə məlumat verib.
Digər çıxışlardan sonra COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının icrası, həmçinin digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.