COP29 Məkan
Strateji baxımdan şəhərin mərkəzinə yaxın yerləşən Bakı Stadionuna şəhərin müxtəlif yerlərindən, o cümlədən Heydər Əliyev adına Beynəlxalq Hava Limanından rahat şəkildə gəlmək mümkündür. Stadiona gediş-gəliş üçün ictimai nəqliyyatdan, o cümlədən avtobuslar və Bakı Metropolitenindən istifadə etmək olar. Geniş parkinq (avtodayanacaq) imkanları olan stadiona avtomobillə də asanlıqla gəlmək olar. Bakı Stadionunun dizaynı enerjiyə qənaət edən işıqlandırma və su təsərrüfatı sistemləri kimi bir sıra ekoloji cəhətdən təmiz elementləri özündə ehtiva edir ki, bu da Azərbaycanın dayanıqlı inkişafa sadiqliyini vurğulayır.
Məkan Xəritəsi
Mavi Zona
Yalnız UNFCCC tərəfindən akkreditə olunmuş iştirakçılar, o cümlədən Tərəflərin nümayəndə heyətləri, dövlət başçıları, müşahidəçilər və akkreditə olunmuş media nümayəndələri Mavi zonaya daxil ola bilərlər. Daha ətraflı məlumat üçün: www.unfccc.int
Yaşıl Zona
COP29 Sədrliyinin rəhbərliyi altında olan Yaşıl zonanın təşkilində konseptual məqsəd iqlim dəyişmələri ilə mübarizə sahəsində dövlət qurumları ilə bütün maraqlı tərəflər arasında mühüm əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
Bu portal sayəsində nümayəndə heyəti üzvləri Konfransın Mavi zona ərazisində iştirak üçün tələb olunan bütün əlavə xidmətləri seçə biləcəklər. BMT-nin iqlim dəyişmələri üzrə konfranslarının təşkili sahəsində zəngin təcrübəsi olan “Orientations.events” şirkəti COP29 ölkə pavilyonlarının əməliyyat tərəfdaşı kimi müəyyən edilib.