Media xidmətləri
UNFCCC-nin media akkreditasiyası
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) onlayn qeydiyyat sistemi (ORS) konfransda iştirak etmək məqsədilə akkreditasiyadan keçmək üçün yeganə platformadır. Tədbirdə geniş miqyasda media mənsublarının iştirakı gözlənilir və buna görə də müraciətləri mümkün qədər tez təqdim etmək tövsiyə olunur.
Yaşıl Zona üçün media akkreditasiyası
COP29 Radiospektrin idarə edilməsi portalı
Bütün akkreditə olunmuş nümayəndələr COP29 Radiospektrin idarə edilməsi portalı vasitəsilə öz radioelektron avadanlıqlarını qeydiyyatdan keçirə və müvəqqəti radiospektrin ayrılması üçün müraciət edə bilərlər. Bu portal DSNG (xəbər və reportajlar üçün səyyar peyk rabitəsi parkı) və funksional əməliyyat avadanlıqları da daxil olmaqla, genişmiqyaslı radioelektron cihazların qeydiyyatını dəstəkləyir.
ƏTRAFLIMedia üçün gömrük prosedurları
COP29-da iştirak edən media mənsubları üçün media avadanlıqlarının idxal-ixrac əməliyyatlarını tənzimləyən qaydaları başa düşmək rahat və səmərəli təcrübə baxımından mühüm rol oynayır. Azərbaycan Respublikasına müvəqqəti gətirilən bütün avadanlıqlar yerli gömrük prosedurlarına uyğun olaraq E-gömrük: Elektron vergi xidmətləri portalı vasitəsilə bəyan edilməlidir. Gömrük yoxlamalarında gecikmələrin qarşısını almaq üçün bütün bəyannamələr avadanlığın Azərbaycana gətirilməsindən ən azı 72 saat əvvəl doldurulmalı və təqdim edilməlidir.
ƏTRAFLICOP29 tədbir məkanından kənarda foto-video çəkiliş
Rəqəmsal media bələdçisi
Bu bələdçi akkreditə olunmuş media mənsublarının zəruri məlumatlara asan çıxışını təmin etmək məqsədilə hazırlanmış dayanıqlı və səmərəli resursdur. Media mənsubları burada multimedia faylları, eləcə də media obyektləri və media xidmətləri haqqında ətraflı məlumatlar, habelə media mərkəzində asan oriyentir (axtarış) və resurslardan istifadə üzrə praktiki təlimatlar əldə edə bilərlər.
ƏTRAFLIMedia turları
COP29 çərçivəsində xarici media nümayəndələri Azərbaycanın Ümumdünya İrs Siyahısına daxil olan obyektləri, tarixi memarlıq və mədəniyyət abidələri, bərpa olunan enerji mənbələri və dayanıqlı turizm sahəsi ilə bağlı müxtəlif təşəbbüslərlə tanış olmaq üçün unikal imkan əldə edəcəklər. 15-22 noyabr 2024-cü il tarixlərində təşkil edilməsi nəzərdə tutulan turlar ölkənin dayanıqlı inkişaf yolunda atdığı addımları diqqətə çatdırmaqla yanaşı, Azərbaycan mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynamış məkanlarla bağlı zəngin təcrübə əldə etmək imkanı verəcək.