COP29 Sədrliyi ortaq həll variantlarına əsaslanan inklüziv nəticələri təmin etmək məqsədilə hər kəsin fikirlərinin və perspektivlərinin nəzərə alınması üçün bir çox beynəlxalq maraqlı tərəflərlə əməkdaşlıq edir.
Bu konsepsiyanı təşviq etmək üçün lazım olan zəruri mexanizmlərdən biri kimi, COP29 Sədrliyi COP29 Beynəlxalq Məşvərət Komitəsini təsis etmişdir. Komitədə iqlim fəaliyyətinin müxtəlif istiqamətləri ilə əlaqədar məsələlərə dair töhfə verə biləcək tanınmış şəxslər təmsil olunur.
COP29 Beynəlxalq Məşvərət Komitəsinin əsas məqsədləri aşağıdakılardır:
COP29 Sədrliyi üçün iqlim dəyişmələri ilə bağlı əsas məsələlərə dair bir çox maraqlı tərəflərin rəylərini və ekspert məsləhətlərini təmin etmək məqsədilə maliyyə, hökumət, elm, sahibkarlıq, vətəndaş cəmiyyəti və s. bu kimi fərqli sahələrin iqlim fəallarını təmsil etmək;
COP29 təşəbbüslərini təşviq edən və gücləndirən beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin qurulmasını asanlaşdırmaq;
COP29 üzrə hazırlıq işlərinin və verilən qərarların ən son elmi araşdırmalara, eləcə də ən yaxşı təcrübə və innovativ həll variantlarına əsaslanmasını təmin etmək;
COP proqram və layihələri üçün resursların müəyyənləşdirilməsi və səfərbər edilməsinə köməklik göstərmək;
COP-la əlaqəli proseslərdə şəffaflıq və hesabatlılığı, eləcə də maraqlı tərəflərin iştirakını təşviq etmək.
Beynəlxalq Məşvərət Komitəsi COP29 Sədrliyinə aşağıdakı strateji istiqamətləndirməni və dəstəyi təklif edəcək:
Geosiyasi məsələlər, bazar konyunkturası və digər sektorlar üzrə ekspert məsləhətləri və bilikləri təmin etmək;
COP üzrə strategiyalar, siyasətlər və proqramları nəzərdən keçirmək və rəy vermək;
COP29 Sədrliyinin danışıqlar və ya müzakirələr çərçivəsində qarşılıqlı şəkildə razılaşdırılmış və razılaşdırılmamış nəticələrə dair məsləhətçi qurum kimi çıxış etməklə, müxtəlif baxışları təmin etmək;
COP çərçivəsində qlobal problemlərin həlli üzrə yanaşmalar tövsiyə etmək;
COP29 üzrə nəticələri dəstəkləmək üçün həm Tərəflərlə, həm də Tərəf olmayanlarla əməkdaşlıq çərçivəsində iqlim mövzularına dair praktiki həll variantlarını təklif və təşviq etmək;
COP29 təşəbbüslərinin təsirini və dayanıqlılığını artırmaq üçün tövsiyələr vermək;
COP29 Sədrliyinə digər müvafiq məsələlərdə dəstək göstərmək.
COP29 Beynəlxalq Məşvərət Komitəsi həm əyani, həm də onlayn iclaslar vasitəsilə fəaliyyət göstərəcək.
Beynəlxalq Məşvərət Komitəsinin iclasları aylıq qaydada təşkil olunacaq, zərurət yarandıqda isə əlavə sessiyalar planlaşdırılacaqdır. Əlaqə saxlamaq üçün e-poçt, video-konfrans və müvafiq rəqəmsal platformalardan istifadə olunacaq.