Dayanıqlılıq
Bizim rəhbər tutduğumuz dayanıqlılıq siyasəti özündə karbon emissiyalarını minimuma endirmək və təbii resurslardan səmərəli istifadəni maksimuma çatdırmaq, eləcə də bərpa olunan enerjini təşviq etməklə yanaşı, bütün əməliyyatlar çərçivəsində dayanıqlı təcrübələrin tətbiqini artıraraq, ən yüksək ekoloji məsuliyyət standartlarına riayət edən və iqlim baxımından neytral olan tədbirin keçirilməsini təmin etmək üçün öhdəlik götürməyimizi ehtiva edir.
Dayanıqlılıq üzrə öhdəliklərimiz
1. Karbon neytrallığı
Bərpa olunan enerjidən, eləcə də təbii resurslardan səmərəli istifadəyə nail olmaqla və məcburi emissiyaları kompensasiya etməklə, istixana effekti yaradan qaz (İXQ) emissiyalarını azaltmaq və beləliklə də, karbon neytrallığına nail olmaq
2. Dayanıqlı təcrübələrin təşviqi
Birdəfəlik plastik qablardan istifadənin azaldılması, dayanıqlı nəqliyyatın təşviq edilməsi və dayanıqlı təchizata əsaslanan satınalmaların həyata keçirilməsi kimi dayanıqlılıq təcrübələrini stimullaşdırmaq
3. Əlçatanlıq və inklüzivlik
İnsanların fiziki imkanları, sosial mənsubiyyəti və iqtisadi vəziyyətindən asılı olmayaraq, COP29 tədbirinin hər kəs, xüsusən də gənclər, qadınlar və az təmsil olunan qruplar üçün əlçatan olmasını təmin etmək
4. İrs və davamlılıq
Yerli dayanıqlılıq təşəbbüslərini dəstəkləməklə və davamlı iqlim fəaliyyəti naminə uzunmüddətli infrastruktura, eləcə də potensialın artırılmasına investisiya qoymaqla, tədbirdən sonra davamlı və müsbət irs buraxmaq
5. Şəffaflıq və məsuliyyət
Dayanıqlılıq məqsədlərinə doğru irəliləyərkən, əldə olunan inkişaf barədə müntəzəm hesabatlar verərək qərarların qəbul edilməsi proseslərində şəffaflığı, eləcə də üzərimizə götürdüyümüz öhdəliklərə görə hesabatlılıq hissini qoruyub saxlamaq
6. Əməkdaşlıq və tərəfdaşlıqlar
İqlim dəyişmələri ilə mübarizə aparmaq və dayanıqlılığı inkişaf etdirmək üçün hökumət və təşkilatlar, eləcə də vətəndaş cəmiyyəti və özəl sektorla tərəfdaşlıq əlaqələrini gücləndirmək
7. Əməyin təhlükəsizliyi
COP29 ilə bağlı həyata keçirilən bütün fəaliyyətlər çərçivəsində sağlamlıq, əməyin təhlükəsizliyi və rifah məsələlərinə prioritet qaydada yanaşmaq
DAYANIQLILIQ SİYASƏTİNİ YÜKLƏ →
Rəy və təklifləriniz bizim üçün dəyərlidir!
Fikirləriniz bizim daha yaxşı fəaliyyət göstərməyimizə kömək edəcək!