Müyəssərlik


COP29-da müyəssərliyin təmin olunması inklüzivlik üzrə öhdəliyimizin ayrılmaz tərkib hissəsidir. Komandamız bütün iştirakçılar üçün rahat mühiti təmin etmək məqsədilə müyəssərlik üzrə ətraflı yoxlamalar aparır və təlimlər keçir.

Fiziki mühit

Biz tədbirin keçiriləcəyi məkanda maneəsiz infrastruktur yaratmaqla yanaşı, asan naviqasiya üçün müyəssər istiqamətləndirmə və yerüstü dəstək xidmətini də təşkil edəcəyik. Sizin üçün rahat və müyəssər istifadə mühitinin təmin edilməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir, belə ki, biz bütün insanlar üçün COP29 tədbirlərində fəal iştirak mühiti yaratmağa çalışırıq.

Konfrans məkanında fiziki imkanları məhdud olan şəxslər üçün müyəssər mühiti təmin etmək məqsədi ilə panduslar, xüsusi liftlər, sakit otaqlar, xüsusi avtodayanacaq və xüsusi sanitar qovşaqları təchiz ediləcək.

Nəqliyyat

Tədbir məkanına gediş-gəlişi asanlaşdırmaq üçün müyəssər nəqliyyat variantları təmin ediləcək.

Xidmətlər

Tədbir ilə bağlı məlumat və fəaliyyətlərə inklüziv çıxışı təmin etmək məqsədilə müyəssərliklə bağlı informasiya məntəqəsi mövcud olacaq.

Təkərli oturacaq və protez təmiri servisi əsas tədbir məkanında mövcud olacaq. Belə ki, bu servisə yoxlama və ilkin texniki dəstək daxildir.

Əsas tədbir məkanı sakit otaqları ilə təmin ediləcək.

Qonaqlama

Müyəssər qonaqlama yerlərinin siyahısı mövcud olacaq.

İnformasiya

Gözlə görülə bilinməyən əlilliyi olan şəxslərin tədbirdə rahat hərəkəti və iştirakını təmin etmək üçün xüsusi günəbaxan simvollu lentlər və qolbaqlar mövcud olacaq.

Fiziki imkanları məhdud olan iştirakçılara dəstək olmaq və qonaqpərvər, inklüziv mühiti təmin etmək üçün şirkətimizin əməkdaşlarına, eləcə də könüllülər komandasına müvafiq təlimlər keçirilir.

Sorğular, təkliflər və ya müyəssərliklə bağlı lazımı dəstək üçün accessibility@cop29.az elektron poçtu vasitəsilə COP29-un müyəssərlik komandası ilə əlaqə saxlamağınız xahiş olunur.

Fəaliyyətimizin hər bir aspektində müyəssərliyin tam şəkildə inteqrasiya olunduğu və hər bir kəsin tam və bərabərhüquqlu iştirakçı ola biləcəyi gələcəyə doğru irəliləyən COP29 Azərbaycan prosesinə siz də qoşulun!