Media akkreditasiyası


UNFCCC Onlayn Qeydiyyat Sistemi Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə akkreditasiya almaq üçün yeganə rəsmi platformadır. Onlayn qeydiyyat sistemi üçün bu linkə keçid edin.

COP29 üçün UNFCCC Katibliyinin media akkreditasiyasına müraciət proseduru Media akkreditasiyası üzrə təlimatda mərhələli şəkildə izah edilir.

Prosedur və Xidməti ezamiyyət məktubu haqqında əlavə məlumat üçün bu linkə keçid edin.

Tez-tez verilən suallar COP29 konfransında iştirak edəcək media nümayəndələri üçün media akkreditasiyası ilə əlaqədar ən çox verilən sualları cavablandırmaqla, eyni zamanda prosedur və tələblər haqqında ətraflı məlumatı təmin edir.

Akkreditasiya üçün çoxsaylı müraciətlər gözlənildiyini nəzərə alaraq, mümkün qədər qısa zaman ərzində müraciət etməyiniz xahiş olunur. Hər bir təşkilat öz akkreditasiya müraciətlərinin sayını nəzərdən keçirməli və siyahıda yalnız COP29-u işıqlandırmaq üzrə məsul olan əsas əməkdaşları qeyd etməlidir.

Prosedurla bağlı daha ətraflı məlumat əldə etmək üçün mediaaccreditation@cop29.az elektron ünvanına müraciət oluna bilər.