“COP29-u bütün dünyaya tanıdaq: “Daily Show” verilişi

COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 ərzində gündəlik əsasda dünyanın müxtəlif telekanallarında onlayn formatda yayımlanacaq “Daily Show” adlı gündəlik televiziya buraxılışını təqdim edir. Böyük Britaniyanın “Hi Impact” yayım şirkəti tərəfindən hazırlanacaq bu veriliş qlobal auditoriyanı əhatə etməklə gündəlik hadisələrin xülasəsini təqdim edəcək. Verilişin yayımı televiziya şirkətləri, onlayn video-yayım platformaları və COP29-un rəsmi kanalları vasitəsilə həyata keçiriləcək. Veriliş təfərrüatlı müsahibələr, ekspert təhlilləri və konfransa dair digər geniş məlumatları əhatə edəcək.

Verilişlə bağlı bizimlə əlaqə saxlamaq üçün bura daxil olun.

“Daily Show” verilişi ilə bağlı hər hansı sualınız yaranarsa və ya müraciət prosesində dəstəyə ehtiyacınız olarsa, sorğunuzu partnerships@cop29dailyshow.com elektron poçt ünvanına yönləndirə bilərsiniz.

About