COP29 – Məkan


Bakı Stadionu yalnız idman və əyləncə məkanı deyil, həm də Azərbaycanın ambisiyasının və beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etmək imkanının simvoludur. Stadion regionda idman, inklüzivlik, mədəniyyət və turizmin təşviqində mühüm rol oynayır.

18 mart 2015-ci il tarixində rəsmi açılışı olan Bakı Stadionu regionun ən böyük və ən müasir stadionlarından biridir və irimiqyaslı beynəlxalq tədbirlərdə Azərbaycanın artan nüfuzunu nümayiş etdirir.

Əbədiliyin rəmzi kimi elliptik formalı müasir dizayna malik olan stadionun eksteryerinə müxtəlif rənglərlə işıqlandırılan membran çəkilib ki, bu da tədbirlər zamanı insanı valeh edən vizual effektlər yaradır.

Strateji baxımdan şəhərin mərkəzinə yaxın yerləşən Bakı Stadionuna şəhərin müxtəlif yerlərindən, o cümlədən Heydər Əliyev adına Beynəlxalq Hava Limanından rahat şəkildə gəlmək mümkündür. Stadiona gediş-gəliş üçün ictimai nəqliyyatdan, o cümlədən avtobuslar və Bakı Metropolitenindən istifadə etmək olar. Geniş parkinq (avtodayanacaq) imkanları olan stadiona avtomobillə də asanlıqla gəlmək olar. Bakı Stadionunun dizaynı enerjiyə qənaət edən işıqlandırma və su təsərrüfatı sistemləri kimi bir sıra ekoloji cəhətdən təmiz elementləri özündə ehtiva edir ki, bu da Azərbaycanın dayanıqlı inkişafa sadiqliyini vurğulayır.

Mavi zona UNFCCC tərəfindən idarə olunan rəsmi konfrans və danışıqlar məkanıdır. COP29 çərçivəsində keçirilən bütün rəsmi sessiyalar, iclaslar, paralel tədbirlər və mətbuat konfransları Mavi zonada keçiriləcəkdir.

Yalnız UNFCCC tərəfindən akkreditə olunmuş iştirakçılar, o cümlədən Tərəflərin nümayəndə heyətləri, dövlət başçıları, müşahidəçilər və akkreditə olunmuş media nümayəndələri Mavi zonaya daxil ola bilərlər. Daha ətraflı məlumat üçün: https://unfccc.int

Ətraflı sorğuların təqdim edilməsi və Mavi zona ərazisində nümayəndə heyətlərinin pavilyon və ofislərinin yaradılması üçün “COP29 Nümayəndə heyətləri xidmətləri portalı”na aşağıdakı link vasitəsilə daxil olmaq mümkündür:
https://www.cop29.services

Bu portal sayəsində nümayəndə heyəti üzvləri Konfransın Mavi zona ərazisində iştirak üçün tələb olunan bütün əlavə xidmətləri seçə biləcəklər. BMT-nin iqlim dəyişmələri üzrə konfranslarının təşkili sahəsində zəngin təcrübəsi olan “Orientations.events” şirkəti COP29 ölkə pavilyonlarının əməliyyat tərəfdaşı kimi müəyyən edilib.

About