İaşə portalı


COP29 tədbiri üçün iştirakçıların müxtəlif qida tələbləri nəzərə alınaraq, ictimai iaşə xidmətləri tərəfindən geniş menyu seçimi təklif edilir. Menyuda vegetarian, veqan, qlütensiz, südsüz və halal yeməklər mövcuddur, beləliklə, hər bir iştirakçı qida seçimindən asılı olmayaraq ləziz təamlardan həzz ala bilər. Yeməklər təzə və keyfiyyətli məhsullardan sağlamlığı ön planda tutaraq qlobal auditoriyanın zövqünə uyğun hazırlanır.

İaşə xidmətlərinin əsasını davamlılıq prinsiplərinə bağlılıq təşkil edir. Buna görə də yerli məhsullardan istifadə edilir və ərzaqların daşınma məsafəsini azaltmağa, həmçinin regional fermerlərə dəstək olmağa çalışılır.

Komandamız mövsümi məhsulları diqqətlə seçir, tullantıları və qablaşdırmanı azaltmaqla yanaşı, hər yeməkdə yüksək keyfiyyəti qoruyub saxlayır, eyni zamanda, birdəfəlik plastikdən istifadəni minimuma endirir və qida hazırlığında, saxlanmasında və təqdimatında ekoloji cəhətdən təmiz üsullara üstünlük verir. Bununla da tədbirin ümumi məqsədlərinə uyğun fəaliyyət göstərilir.

Komanda olaraq hazırlıqdan təqdimata və yeməklərin vaxtında çatdırılmasına qədər hər mərhələdə diqqətli və peşəkar xidmət göstərilir. Bufet xidməti, fərdi yemək qutuları, qəhvə fasiləsi və kanapelər kimi tədbirin proqramına uyğunlaşdırılmış xidmətlər təklif edilir. Əməkdaşlarımız qida təhlükəsizliyi tələblərinə cavab vermək üçün müvafiq təlimlər keçmişdir. Onlar hər bir iştirakçının təhlükəsiz və dadlı yeməklərdən zövq almasını təmin etmək üçün səylə çalışacaqlar. Məqsədimiz COP29 tədbirində hər kəs üçün xoş və yadda qalan xidmət təəssüratı yaratmaqdır.

Rezervasiya və Sorğular:

İctimai iaşə xidmətlərini rezerv etmək üçün zəhmət olmasa portala daxil olun.
Ətraflı məlumat üçün catering@cop29.az ünvanına müraciət edə bilərsiniz.