Azərbaycan hökuməti tərəfindən COP29-da iştirak üçün qeydiyyatdan keçmiş tərəflərə UNFCC onlayn qeydiyyat sistemi vasitəsilə ödənişsiz “COP29 xüsusi viza” xidmətləri təklif olunur.
COP29 xüsusi vizanı həm rəsmi elektron viza portalı, həm də Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək mümkündür.
COP29 xüsusi vizası Azərbaycan Respublikasının sərhədləri daxilində 30 günədək qalmağa icazə verən birdəfəlik giriş vizası olacaq.
Əgər siz ölkəni tərk etmək və sessiya öncəsi görüşlər/konfrans/UNFCCC görüşlərində iştirak etmək üçün Azərbaycan Respublikasına geri qayıtmaq istəsəniz, o zaman UNFCCC qeydiyyat nömrənizdən istifadə edərək və daha əvvəl keçdiyiniz prosesi təkrarlayaraq, COP29 xüsusi vizası üçün yenidən müraciət etməlisiniz.
Sessiya öncəsi görüşlər/konfrans/UNFCCC görüşlərində iştirak etmək üçün Azərbaycan ərazisinə səfər edən bütün xarici iştirakçıların pasportlarının etibarlılıq müddəti Azərbaycana daxil olduqları tarixdən ən azı üç ay sonrakı müddət üçün etibarlı olmalıdır.
Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, bir sıra ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir.
Əgər ölkəniz bu siyahıya daxildirsə, Azərbaycana vizasız daxil ola bilərsiniz və COP29 üçün xüsusi elektron vizaya müraciət etməyinizə ehtiyac yoxdur.
COP29 xüsusi viza rəsmi portal vasitəsilə tamamlanmış onlayn ərizə təqdim edildikdən və ya Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinə və konsulluqlarına tam ərizə təqdim edildikdən sonra üç (3) iş günü ərzində veriləcək.
Bundan əlavə, iştirakçıların qeydiyyatı UNFCCC-nin onlayn qeydiyyat sistemi vasitəsilə təsdiqləndikdən sonra onlara UNFCCC qeydiyyatını təsdiqləyən e-poçt vasitəsilə viza üçün müraciət linki göndəriləcək.
Vizanın etibarlılıq müddəti COP29 xüsusi viza-sında əks etdirilmişdir. Viza sahibi vizanın etibarlılıq müddətinin bitməsinə qədər Azərbaycan Respublikasını tərk etməlidir.
Link vasitəsilə viza portalına daxil olaraq formanı doldurun və tələb olunan sənədləri yükləyərək təsdiq üçün təqdim edin. Təsdiq edildikdən sonra COP29 xüsusi vizanızı vebsaytdan yükləməyiniz üçün sizə vizanızı təsdiq edən e-poçtla link göndəriləcəkdir.
İştirakçılara UNFCCC-də qeydiyyat təsdiqləndikdən dərhal sonra COP29 xüsusi vizası üçün müraciət etmələri tövsiyə olunur. Vizanızın statusunu izləmək üçün UNFCCC qeydiyyatını təsdiq edən e-poçtunuzdakı viza portalı linkindən istifadə edin.
COP29 Xüsusi Vizası-nın alınmasına dair ətraflı məlumat üçün elektron bələdçi və təlimat videosu vasitəsilə əldə edilə bilər.
COP29 xüsusi vizasını əldə etmiş bütün xarici vətəndaşlar və Azərbaycan Respublikası ilə vizasız rejimdə olan ölkələrin vətəndaşları Azərbaycan Respublikasının ərazisinə daxil olduqları tarixdən etibarən 30 gün ərzində olduqları yer üzrə miqrasiya qeydiyyatına alınmalıdırlar. Əgər xarici vətəndaşın Azərbaycan Respublikasında qalacağı müddət 30 gündən azdırsa, o zaman bu qeydiyyata ehtiyac yoxdur.
Vizaların verilməsi ilə bağlı suallar üçün visas@unfccc.int elektron poçt ünvanına müraciət edə bilərsiniz.