Yaşıl Zona Media Akkreditasiyası
COP29 Yaşıl Zona Media Akkreditasiyası Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən tanınan ölkələrdə media təşkilatı kimi qeydiyyatdan keçmiş rəsmi və etibarlı media qurumunu təmsil edən yerli və xarici media nümayəndələri üçün nəzərdə tutulub. Yerli media nümayəndələri, həmçinin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin reyestrində qeydiyyatda olmalıdırlar.
COP29 Yaşıl Zona üzrə Media Akkreditasiya Portalı media nümayəndələrinə Yaşıl Zona üzrə akkreditasiya verilməsi üçün yeganə rəsmi platformadır.
Qeydiyyat üçün müraciətinizə başlamazdan əvvəl, Yaşıl Zona Media Akkreditasiyası qaydalarını diqqətlə nəzərdən keçirin.
Qeydiyyat prosesinin mərhələli şəkildə izahı və sizi maraqlandıran suallara cavab tapmaq üçün Yaşıl Zona üçün media akkreditasiyası təlimatına və Tez-tez verilən suallar bölümünə müraciət edə bilərsiniz.
Xidməti ezamiyyət məktubunun ümumi məzmunu və forması ilə tanış olmaq üçün linkə keçid edin.
Yaşıl Zona üzrə media akkreditasiyası üçün müraciət rəsmi olaraq başa çatmışdır.
Müraciətinizlə bağlı əlavə dəstəyə ehtiyacınız olarsa, zəhmət olmasa mediaaccreditation@cop29.az ünvanı ilə əlaqə saxlaya bilərsiniz.