Yaşıl zona


Yaşıl zona müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor, media işçiləri, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti və rəsmi Mavi zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələrək ünsiyyət qura biləcəyi məkandır.

COP29 Sədrliyi tərəfindən təşkil və idarə olunan Yaşıl zona müxtəlif iştirakçıların öz baxışlarını bölüşə bilmələri üçün dinamik platformadır. Bu zona cari innovasiyaların, eləcə də iqlim dəyişmələri ilə mübarizə üzrə potensial həll variantlarının təqdim edilməsinə dair müzakirələr, panellər və əyani nümayişlər üçün mərkəz funksiyasını yerinə yetirir.

COP29 Sədrliyinin rəhbərliyi altında olan Yaşıl zonanın təşkilində konseptual məqsəd iqlim dəyişmələri ilə mübarizə sahəsində dövlət qurumları ilə bütün maraqlı tərəflər arasında mühüm əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Burada maraqlı tərəflər iqlim dəyişmələri ilə mübarizə sahəsində öz innovativ həll variantlarını təqdim etmək və prosesə töhfə vermək imkanı əldə edirlər. Onların ixtiraları, təklif etdikləri həll variantları, eləcə də əzmkar sahibkarlıq ruhu COP29-un Azərbaycanda uğura imza atması üçün mühüm əhəmiyyət kəsb edir.

Yaşıl Zonada təmsil olunmaq istəyən maraqlı tərəflər qeyd edilən platforma www.cop29greenzone.com vasitəsilə rəsmi müraciətlərini təqdim edə bilərlər. Qeyd edək ki, müaraciətlərin qəbulu 10 iyul 2024-cü il tarixinədək davam edəcək. Yaşıl Zona ilə bağlı yarana biləcək sualların cavablandırılması üçün isə iştirak etmək istəyənlər GreenZoneSales@dmgeventsglobal.com elektron ünvanına öz sorğularını yönləndirə bilərlər.

COP29 heyəti növbəti addımları müzakirə etmək üçün sizinlə əlaqə saxlayacaq.

About