2024-cü il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Təşkilat Komitəsinin sədri təyin edilib.
Komitənin tərkibində inklüziv və geniş tərkibdə təmsilçiliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il yanvarın 19-da və fevralın 22-də Komitənin tərkibinin genişləndirilməsi ilə bağlı yeni sərəncamlar imzalayıb.
Aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
- Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti
- Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri
- Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
- Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri
- Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi
- Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
- Emin Əmrullayev – Azərbaycan Respublikasının elm və təhsil naziri
- Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
- Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
- Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri
- Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
- Arif Səmədov – Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi
- Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri
- Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
- Xanlar Ağalarov – Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri
- Gülşən Axundova – “Qadın, İnkişaf, Gələcək” ictimai birliyinin sədri
- Nigar Arpadarai – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
- Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
- Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
- Aygün Əliyeva – Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru
- Səbinə Əliyeva – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
- Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
- Sevinc Fətəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
- Səbinə Hacıyeva – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi
- Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
- Mehriban İmanova – Azərbaycan Elm Fondunun İcraçı direktoru
- İlhamə Qədimova – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
- Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
- Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
- Vüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru
- Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
- Məryəm Məcidova – Azərbaycan Respublikasının Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” ictimai birliyinin sədri
- Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri
- Natəvan Məmmədova – Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi
- Nigar Məmmədova – “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru
- Şəbnəm Məmmədova – “SmartNation” platformasının təsisçisi
- Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
- Bahar Muradova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
- İlqar Musayev – Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi
- Samirə Musayeva – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini
- Zəkiyyə Mustafayeva – Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini
- Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
- Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
- Rövşən Nəcəf – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
- Könül Nurullayeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
- Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
- Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
- Ruslan Sadıqov – Bakı “Ağ Şəhər” layihəsinin baş direktoru
- Firuzə Sultanzadə – “EkoSfera” Sosial Ekoloji Mərkəzi İdarə Heyətinin sədri
- Umayra Tağıyeva – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
- Mariana Vasileva – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
- İnarə Vəliyeva – Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədri
- Pərvanə Vəliyeva – “Sağlamlığa Xidmət” ictimai birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi
- Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
- Səadət Yusifova – Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini.
Bu Sərəncamla yaradılan Təşkilat Komitəsinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilinə və keçirilməsinə dair Tədbirlər Planının və əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlərin görülməsi tapşırılıb.
Yeni idarə heyətində qadınlar və vətəndaş cəmiyyəti geniş şəkildə təmsil olunur.
Yanvarın 22-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclası olub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq COP29-un uğurlu təşkili üçün Təşkilat Komitəsinin fəaliyyəti və gözləntiləri haqqında danışıb, eyni zamanda, beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü və etibarlı tərəfdaş kimi Azərbaycanın əvvəlki illərdə COP-a ev sahibliyi etmiş ölkələrlə təcrübə mübadiləsi apardığını diqqətə çatdırıb.
Prezident İlham Əliyevin COP29-la bağlı müşavirədə hazırlıq işləri barədə verdiyi tapşırığa toxunan Samir Nuriyev sessiyanın ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini bildirib.
Sonra Təşkilat Komitəsinin üzvlərinin gündəlikdə duran məsələlər üzrə məruzələri dinlənilib.
İclasın sonunda Təşkilat Komitəsinin Katibliyinin, COP29-un prezidentinin, baş danışıqçı heyətinin, Əməliyyat Şirkətinin fəaliyyəti, COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının yekunlaşdırılması və digər aidiyyətı məsələlərlə bağlı tapşırıqlar verilib.
Martın 7-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ikinci iclası olub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ilk iclasdan ötən müddət ərzində COP29-a hazırlıq çərçivəsində görülmüş işləri qeyd edib.
COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev çıxışında ölkəmizin COP29-a sədrliyindən irəli gələn məsələlərin müzakirəsi məqsədilə həyata keçirilən xarici səfərlər, xarici ölkələrin və beynəlxalq təşkilatların iqlim məsələlərinə məsul rəsmiləri ilə keçirdiyi görüşlər barədə məlumat verib.
Digər çıxışlardan sonra COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının icrası, həmçinin digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.