09 Avqust, 2024
Dəyişikliyin sədaları: Qlobal iqlim fəaliyyətinə baxış
Mövzular
Dayanıqlı inkişaf təcrübələri
Müsabiqə komissiyası: Müsabiqəyə təqdim olunan sənədli filmlər ətraf mühit və kinomotoqrafiya sahəsində ixtisaslaşmış ekspertlər qrupu tərəfindən nəzərdən keçiriləcək.
Meyarlar: Müsabiqəyə təqdim olunan sənədli filmlərin dəyərləndirilməsi mövzuya uyğunluq, kreativlik, süjetlərin keyfiyyəti, orijinallıq, texniki bacarıqlar və filmlərin ümumi təsiri kimi meyarlar əsasında həyata keçiriləcək.
Hüquq və icazələr
Müəlliflik hüququ: İstehsalçı şirkətlər və/yaxud film müəllifləri öz işləri üzərində müəlliflik hüququna malikdirlər. Qeyri-eksklüziv istifadə etmək hüququnu COP29 Azərbaycan Əməliyyat Şirkətinə verirlər.
İstifadə hüququ: Müsabiqəyə təqdim edilən sənədli filmlərin müəllifləri COP29 zamanı bu materialların nümayiş etdirilməsi və təşviqatına qeyri-eksklüziv istifadə etmək hüququnu COP29 Azərbaycan Əməliyyat Şirkətinə verirlər.
İcazələr: Yekun mərhələyə keçən bütün sənədli filmlərin press-relizlər, veb-sayt, sosial media da daxil olmaqla COP29-un bütün rəsmi kanalları vasitəsilə müəllif tərəfindən yayımlanmasına icazə verilir.
Müsabiqə materiallarının təqdim olunması üzrə qaydalar
Format: Sənədli filmlər yüksək keyfiyyətli rəqəmsal formatda (MP4, MOV) təqdim edilməlidir.
Xronometraj: 2 kateqoriya
Dil: Müsabiqə materiallarını istənilən dildə təqdim etmək mümkündür, lakin videomaterialların ingilis dilində olan subtitrlərlə müşaiyət olunması mütləqdir.
Video-təsvirlərin piksel ölçüsü: Minimum 1080p.
Faylın həcmi: Maksimum 5 GB.
Meta-məlumatlar: Müsabiqəyə təqdim olunan materiallarda filmin başlığı, rejissorun adı, filmin çəkildiyi ölkə və filmin qısa təsviri (maksimum 250 söz) verilməlidir.
Müsabiqə materiallarının təqdim olunması prosesi
Təqdimetmə üsulu: Müsabiqə materialları documentary.competition@cop29.az e-poçt ünvanına göndərilməlidir.
İştirak haqqı: İştirak haqqı tələb olunmur.
Tələb olunan sənədlər:
Son tarix: Müsabiqədə iştirak edəcək namizədlər filmlərini 15 sentyabr 2024-cü il tarixinə qədər təqdim etməlidir.
Əlaqə
Hər hansı sual və ya əlavə məlumat üçün documentary.competition@cop29.az e-poçt ünvanına yaza bilərsiniz.
Digər layihələr