İqlim fəaliyyəti fotoobyektivdə


COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təşkil olunan “İqlim fəaliyyəti fotoobyektivdə” adlı fotomüsabiqə bütün dünya fotoqraflarını iqlim dəyişmələri mövzusunu fotoşəkillərlə təsvir etməyə dəvət edir. Bu təşəbbüsün məqsədi orijinal fotohekayələr vasitəsilə iqlim dəyişmələri üzrə məlumatlılığı artırmaq və qlobal əməkdaşlığı gücləndirməkdir. İqlim fəaliyyəti xüsusunda beynəlxalq dialoqu təşviq etməklə yanaşı, bu fotoşəkillər həm gündəmdə olan aktual məsələləri, həm də iqlim dəyişmələri üzrə qabaqcıl həll variantlarını, eləcə də ətraf mühitin idarə olunmasında yerli icmaların üzərinə düşən mühüm rolu işıqlandıra bilər.

Kateqoriyalar

  • İqlim dəyişmələrinin təsirləri

  • İqlim həlləri və innovasiyalar

  • Gənclər və təhsil

  • Flora və fauna


Mövzular

  • Meşələrin qorunması

  • Su ehtiyatlarının idarə olunması

  • Dayanıqlı kənd təsərrüfatı

  • Biomüxtəlifliyin qorunması

  • İqlim dəyişmələrinə adaptasiya

  • Mədəni irsin qorunması


Qiymətləndirmə

  • Fotoşəkillərin dəyərləndirilməsi kreativlik, orijinallıq, mövzuya uyğunluq və texniki keyfiyyət kimi amillərə əsasən aparılacaq.

  • Təqdim olunan işlər fotoqrafiya və ətraf mühit elmləri sahəsində təcrübəyə malik ekspertlər qrupu tərəfindən qiymətləndiriləcək


Qəbul şərtləri

  • İştirakçılar hər kateqoriya üzrə yalnız bir fotoşəkil təqdim edə bilərlər.

  • Fotoşəkillər həm orijinal, həm də fotoqrafa məxsus olmalıdır.

  • Fotoşəkillər yüksək keyfiyyətli .jpeg formatında və ən azı 300 DPI ölçüdə təqdim edilməlidir.

  • Sadə foto-redaktə (məs.: kəsmə, rəng tənzimlə) işlərinə icazə verilsə də, fotoşəkillərə həddindən artıq müdaxilə və ya dəyişiklik etmək qadağandır.

  • Fotoşəkillərdə su nişanı, çərçivə və ya imza olmamalıdır.


Fotoşəkillərin təqdim olunması

  • Fotoşəkillər 15 sentyabr tarixinə kimi fotomüsabiqənin rəsmi e-poçt ünvanına göndərilməlidir. photo.exhibition.cop29@cop29.az

  • Hər fotoşəkil başlıq, təsvir və çəkildiyi yer barədə məlumatla müşayiət olunmalıdır.

  • İştirakçılar həmçinin tam adlarını, eləcə də əlaqə məlumatlarını və qısa tərcümeyi-hallarını təqdim etməlidirlər.