Muxtar Babayev

Muxtar Babayev

COP29-un müəyyən edilmiş Prezidenti


Muxtar Babayev COP29-un müəyyən edilmiş Prezidentidir. M.Babayev bu vəzifəyə 2024-cü ilin yanvarında təyin edilib və daha əvvəl keçirilmiş beş COP-da Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edib. O, 2018-ci ildən etibarən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri vəzifəsində çalışır.

M.Babayev 2010-cu və 2015-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı seçilib, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olub. M.Babayev Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) Ekologiya üzrə vitse-prezident vəzifəsində çalışıb və şirkətin dayanıqlılıq, ətraf mühitin mühafizəsi üzrə inkişaf proqramlarına rəhbərlik edib.

COP29-un müəyyən edilmiş Prezidenti vəzifəsində Muxtar Babayev Sədrliyin Planını irəli sürəcək, tərəflərin bir araya gətirilməsi, əvvəlki vədlərin yerinə yetirilməsi və qarşıya qoyulmuş məqsəd və ambisiyaların həyata keçirilməsinin təmin edilməsi istiqamətlərində fəaliyyət göstərəcək.