COP29 Sədrliyi Sağlamlıq Forumunun “İqlim məqsədlərinin sağlamlıq hədəfləri ilə əlaqələndirilməsi” mövzusunda keçirilmiş paneldə iştirak edib
25 Sentyabr, 2024
COP29 Sədrliyi Sağlamlıq Forumunun “İqlim məqsədlərinin sağlamlıq hədəfləri ilə əlaqələndirilməsi” mövzusunda keçirilmiş paneldə iştirak edib


2024-cü il sentyabr 25-də COP29 Sədrliyi BMT Baş Assambleyasının79-cu sessiyası və Nyu York İqlim Həftəsi çərçivəsində “Foreign Policy” jurnalı tərəfindən təşkil edilmiş Sağlamlıq Forumunun “İqlim məqsədlərinin sağlamlıq hədəfləri ilə əlaqələndirilməsi” mövzusunda keçirilmiş paneldə iştirak edib. “Foreign Policy” jurnalının rəhbəri Andrö Solinqenin moderatorluğu ilə keçirilmiş paneldə COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov, Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirinin müşaviri Maha Barakat və Braziliyanın Səhiyyə Nazirliyinin Dövlət Katibi Etel Masiel çıxış edib.

Müzakirələr zamanı hər bir COP Sədrliyi iqlim və sağlamlıq mövzusunda öz prioritetlərindən bəhs edib. E. Məmmədov bildirib ki, “iqlim, insan kapitalı və sağlamlıq”; “iqlim, vahid sağlamlıq yanaşması və insan kapitalı”; “iqlim və sağlam şəhərlər” kimi məsələlər COP29 Sədrliyinin prioritetləri sırasındadır və bu baxımdan “İqlimədayanıqlılıq naminə insan inkişafı” və “İqlimədayanıqlı və sağlam şəhərlər üçün multisektoral fəaliyyət yolları (MAP)” adlı konkret qlobal təşəbbüslər irəli sürülüb. Bununla yanaşı, iqlim və sağlamlıq mövzusunun qlobal iqlim gündəliyində davamlılığının təmin edilməsi məqsədilə COP29 Sədrliyi Böyük Britaniyanın (COP26), Misirin (COP27), Birləşmiş Ərəb Əmirliklərinin (COP28), Azərbaycanın (COP29) və Braziliyanın (COP30) iştirakı ilə İqlim və Sağlamlıq üzrə, həmçinin Şəhərlərdə İqlim Fəaliyyəti üzrə COP Sədrliklərinin Bakı Davamlılıq Koalisiyalarının yaradılması təşəbbüsünü irəli sürüb. Eyni zamanda vurğulanıb ki, sağlamlıq mövzusu milli səviyyədə də Azərbaycan üçün prioritet məsələlərdən biridir, bu sahədə insan kapitalına və paytaxt Bakı şəhərində və regionlarda müvafiq müasir infrastruktura sərmayələr qoyulur.

Digər xəbərlər