COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 ərzində gündəlik əsasda dünyanın müxtəlif telekanallarında onlayn formatda yayımlanacaq “Daily Show” adlı gündəlik televiziya buraxılışını təqdim edir. Böyük Britaniyanın “Hi Impact” yayım şirkəti tərəfindən hazırlanacaq bu veriliş qlobal auditoriyanı əhatə etməklə gündəlik hadisələrin xülasəsini təqdim edəcək. Verilişin yayımı televiziya şirkətləri, onlayn video-yayım platformaları və COP29-un rəsmi kanalları vasitəsilə həyata keçiriləcək. Veriliş təfərrüatlı müsahibələr, ekspert təhlilləri və konfransa dair digər geniş məlumatları əhatə edəcək.
COP29 Azərbaycan Əməliyyat Şirkəti “Daily Show” verilişinin daha geniş auditoriyanı əhatə etməsi üçün tərəfdaşların axtarışındadır. Aşağıdakı formanı doldurmaqla tərəfdaşlıq üçün ilkin müraciət və ətraflı məlumat əldə edə bilərsiniz. Tərəfdaşların müəyyən edilməsi üçün seçim prosesi 2024-cü il sentyabr ayının sonuna qədər davam edəcək, seçim nəticələrinə dair qərar isə COP29 Sədrliyi və UNFCCC tərəfindən veriləcəkdir.