Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüşüb
10 Sentyabr, 2024
Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüşüb


Bu gün COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə onlayn görüş keçirib, onların suallarını cavablandırıb.

Görüşdə COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi, UNFCCC-nin Müşahidəçi Təşkilatları ilə iş üzrə koordinatoru Şəhriyar Hacıyev, COP29 Sədrliyinin UNFCCC Qərargahındakı (Bonn) milli koordinatoru Toğrul Feyziyev və digər şəxslər iştirak edib.

COP29 Sədrliyinin, Azərbaycan dövlətinin vətəndaş cəmiyyəti ilə açıq dialoqu xarici QHT-lər tərəfindən yüksək qiymətləndirilib.

COP29 QHT Koalisiyası 2024-cü ilin iyulunda Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə təsis olunub, qısa müddətdə Koalisiyaya 60 ölkədən 260 QHT qoşulub. Bu QHT-lərdən 90-ı “UNFCCC Həmfikir qruplar”na daxildir. Koalisiyada 9 “UNFCCC Həmfikir qruplar”dan 8-i təmsil olunur. Koalisiyada yüzlərlə QHT-ni ətrafında birləşdirən çətir təşkilatlar yer alır. Koalisiyada Azərbaycandan çətir təşkilat olan Azərbaycan Milli QHT Forumu təmsil olunur.

Digər xəbərlər