COP29-un İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünün (“BICFIT”) Xüsusi İqtisadi Zonaların Qlobal Alyansının (GASEZ) Çinin Siamen şəhərində keçirilmiş 3-cü illik konfransında təqdimatı keçirilib
14 Sentyabr, 2024
COP29-un İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünün (“BICFIT”) Xüsusi İqtisadi Zonaların Qlobal Alyansının (GASEZ) Çinin Siamen şəhərində keçirilmiş 3-cü illik konfransında təqdimatı keçirilib


COP29 Sədrliyinin nəzdində fəaliyyət göstərən COP29 Fəaliyyət Gündəliyi üzrə Qlobal Təşəbbüslər Qrupunun həmrəhbəri Elmar Məmmədov 8 sentyabr 2024-cü il tarixində Çin Xalq Respublikasının Siamen şəhərində keçirilmiş Xüsusi İqtisadi Zonaların Qlobal Alyansının (GASEZ) 3-cü illik konfransında əsas məruzəçi qismində çıxış edərək COP29-un İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünün (“BICFIT”) təqdimatını edib. Bu tədbir Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (CIFIT) çərçivəsində BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD), eləcə də GASEZ-in təsisçi üzvü - Çinin Sənaye Parklarının Yaşıl Tərəfdaşlığının (GPIPC) birgə təşkilatçılığı ilə keçirilib.

2022-ci ildə təsis olunmuş və COP29-un BICFIT təşəbbüsü üzrə əsas tərəfdaşı olan UNCTAD-ın sədrlik etdiyi GASEZ alyansının əsas məqsədi xüsusi iqtisadi zonaların yeni nəslini təşviq etdirməkdir. Çıxış zamanı E. Məmmədov vurğulamışdır ki, qlobal iqlim maliyyəsi, investisiya və ticarət kəsişməsi məsələləri BICFIT təşəbbüsünün diqqət mərkəzində olacaq və bu təşəbbüs yaşıl diversifikasiya üzrə investisiyaların təşviqi, bu sahədə müvafiq siyasətlərin inkişafına dəstək göstərilməsi və BICFIT Dialoqu vasitəsilə bilik və təcrübə mübadiləsinin təmin olunması üçün qlobal platforma rolunu oynayacaq.

BICFIT çərçivəsində planlaşdırılan Azad Yaşıl İqtisadi Zonalar (FGEZ) üzrə yeni konsepsiya da COP29-un qlobal səviyyədə yaradacağı irs olacaqdır. Bərpa olunan enerji resursları ilə zəngin “yaşıl enerji zonaları” ilə “azad iqtisadi zonalar”ın sintezi nəticəsində yaradılacaq FGEZ, BICFIT çərçivəsində həyata keçirilən qlobal dekarbonizasiya və dayanıqlılıq səylərinə töhfə verəcək.

Digər xəbərlər