Logistika

COP29 Logistika



COP29 logistika məsələlərinə dair ətraflı məlumat bələdçisi hazırlanmışdır. Bu bələdçidə ətraf mühitə təsirləri azaltmaqda sizə kömək edəcək ekoloji baxımdan təmiz nəqliyyat seçimləri və tədbirin keçirildiyi məkan üzrə məlumatlardan tutmuş dayanıqlı qonaqlama ilə bağlı təkliflərə, eləcə də ərazidə mövcud olan lokal infrastrukturlara qədər bütün zəruri informasiya öz əksini tapıb. Yaxın və ya uzaq ölkələrdən səfər etməyinizdən asılı olmayaraq, səyahətinizin mümkün qədər rahat keçməsi üçün tələb olunan bütün praktiki məsləhət və lazımi resurslar bu sənəddə toplanmışdır.

Öncədən planlama aparmaqla, diqqətinizi ən önəmli məsələyə - COP29 çərçivəsində iqlim dəyişmələrinə qarşı qlobal mübarizə səylərində iştiraka yönəldə bilərsiniz.



Yük göndərişləri bələdçisi



“Yük göndərişləri bələdçisi” malların xarici ölkələrdən Azərbaycanda keçiriləcək COP29-a gətirilməsi üçün tələb olunan proseduru ətraflı və mərhələli şəkildə təsvir edir.

YÜK GÖNDƏRİŞLƏRİ BƏLƏDÇİSİ ↓



Tarif Kartı



Tarif kartı COP29 logistika üzrə tərəfdaş qismində çıxış edən “Rhenus Group” şirkətinin COP29 üçün təmin etdiyi xidmət və tarifləri əks etdirir. Bu xidmət və tariflər 1 iyul 2024-cü il tarixindən 30 mart 2025-ci il tarixinə qədər qüvvədə olacaq.

TARİF KARTI ↓



Xidmətlərin siyahısı



“Rhenus Group” şirkəti Bakıda keçiriləcək COP29 tədbiri üçün aşağıdakı xidmətləri təmin edir:

  • Bütün nəqliyyat növləri ilə qlobal yük daşımaları
  • Yerlərdə “Rhenus Group” şirkətinin logistika üzrə dəstək masası / logistika komandası
  • Gömrük rəsmiləşdirilməsi
  • İdxalı məhdudlaşdırılan mallar üçün icazələrin alınması
  • Nəqliyyat sığortası
  • Anbar
  • Yükləmə-boşaltma əməliyyatları
  • Birbaşa tədbir məkanına çatdırılma
  • Müvəqqəti idxal olunan malların idarə edilməsi və daşınması
  • Geriyə ixrac xidmətləri
  • Son anda daxil olan təcili xidmət sorğularının idarə edilməsi
  • Anbar və inventarların idarə edilməsi üzrə xidmətlər
  • Məkan daxilində çatdırılmalar
  • Tədbir zamanı boş taraların idarə olunması və anbarda saxlanılması
  • Əlavə xidmətlər: tranzit anbarlarda kross-dokinq (yüklərin bir anbarda qəbul olunaraq dərhal digər anbara göndərilməsi) xidmətləri
  • Qablaşdırma materiallarının təmin edilməsi, mühafizə və texniki təhlükəsizlik etiketlərinin yapışdırılması
  • Qeyri-standart mal kateqoriyalarının (kövrək, yüksək dəyərli, tez xarab olan və iri qabaritli yüklərin) idarə edilməsi
  • Mexaniki qaldırma-daşıma və yükləmə-boşaltma avadanlıqlarının təmin edilməsi
  • Qablaşdırma/təkrar qablaşdırma, paletlərə (yük rəflərinə) yığma, etiketləmə
  • Yüklərin nəqliyyat vasitələrinə yığılması / nəqliyyat vasitələrindən boşaldılması üçün işçi qüvvəsinin təmin edilməsi
  • Kiçik bağlamaların/paketlərin kuryerdən alınaraq alıcıya çatdırılması



Xidmət sorğusu üzrə təlimat



Xidmət sorğusu üzrə təlimat kitabçasında “Rhenus Group” şirkətinin veb-saytı üzərindən logistika xidmətlərini rezervasiya etmək üçün təlimatlar əks olunub.

Daha ətraflı məlumat üçün Xidmət sorğusunun yaradılması üzrə təlimata istinad edin.

XİDMƏT ÜZRƏ TƏLİMAT KİTABÇASI ↓



XİDMƏT SORĞU FORMASINI TƏQDİM EDİN →



Bizim ilə əlaqə



COP29 Logistika komandası
logistics@cop29.az

“Rhenus ” şirkətinin logistika proseslərinə nəzarət-dispetçer ofisi (“Rhenus Control Tower”)
Əlaqə: Holger Hohl
E-poçt: holger.hohl@rhenus.com
Telefon: +4921039295503

“Rhenus Freight East GmbH” (Azərbaycan)
Ünvan: Çıraq Plaza, Azərbaycan Respublikası, Bakı ş. Tbilisi prospekti 49/C, AZ1065.
Telefon:  +994 12 499 7262
Əlaqə: Katerina Zuban
E-poçt: Katerina.Zuban@rhenus.com
Telefon: +994 50 220 43 44

“Rhenus” şirkətinin anbarı: ünvan / əlaqə
“Rhenus Group” / “TEZ Logistics Center”
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Hökməli r-nu (Abşeron), Şamaxı şosesi 15-ci km
Əlaqə: Şahlar Qurbanov
Telefon: +994 51 244 41 31

COP29 çərçivəsində yük partiyalarının toplanılması və göndərilməsi üzrə ümumi suallar üçün əlaqə: cop29@rhenus.com
“Rhenus Group” şirkəti haqqında ətraflı məlumat: www.rhenus.group
COP29 çərçivəsində “Rhenus Group” şirkətinin xidmətləri: www.rhenus.group/logistics-solutions/cop29




About