Media avadanlıqları üzrə gömrük prosedurları

Azərbaycana müvəqqəti gətirilən media fəaliyyəti üçün tələb olunan mallar E-customs: Elektron Gömrük Xidmətləri portalı vasitəsilə bəyan edilməlidir. Bəyannamə ölkəyə gəlməzdən ən azı 72 saat əvvəl müvafiq qaydada tərtib olunmalıdır.

Azərbaycana daxil olarkən aşağıda qeyd olunan sənədlər hava limanında gömrük əməkdaşına təqdim edilməlidir:

  • Akkreditasiya təsdiqi məktubu

  • Sərnişinlər üçün sadələşdirilmiş bəyannamə (çap edilmiş surəti və ya QR kod)


Müvəqqəti gətirilən mallara görə tərtib olunmuş bəyannamə Azərbaycanı tərk edərkən də müvafiq mallarla birgə gömrük əməkdaşına təqdim olunmalıdır.

Bəyanetmə prosesi üzrə ətraflı məlumat üçün Müvəqqəti gətirilmə bəyannaməsi üzrə təlimata istinad edin.

Media xidmətləri ilə əlaqəli suallarınızı mediaservices@cop29.az e-poçt ünvanına göndərə bilərsiniz.