COP29 Akademiyası mentorluq, peşəkar inkişaf və iş imkanları təklif edən geniş miqyaslı bir layihədir. Proqramın əsas məqsədi iştirakçıların iqlim dəyişmələri və daynıqlılıq sahəsində yeni biliklərin əldə edilməsi, bu məlumatların həmyaşıdları və ailələri ilə paylaşılmasının təmin edilməsidir. Həmçinin, Proqramın əsas hədəflərindən biri davamlı inkişaf və öyrənmə mədəniyyətinin təşviqidir.
Mentorluq və liderlikİştirakçılar sahənin aparıcı peşəkar mütəxəssisləri tərəfindən dəstək, dəyərli biliklərə yiyələnmək və mühüm işgüzar əlaqələrin qurulması kimi imkanları qazanacaqlar.
Proqram, liderlik, ünsiyyət, davamlı peşəkar inkişaf, layihələrin idarəolunması, öyrənmə mədəniyyəti və bu kimi digər vacib bacarıqların inkişafına yönəlmiş bir sıra təlim sessiyalarını əhatə edəcəkdir.
İş imkanlarıCOP29 Akademiyasının iştirakçıları COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən işlə təmin edilərək COP29 tədbirinin təşkilinə işçi heyətinin üzvü qismində töhfə verməyə cəlb ediləcəklər.
Kim müraciət edə bilər?Proqram yalnız 2023-cü il yanvarın 1-dən 2024-cü il iyulun 1-dək istənilən ixtisas üzrə ali təhsilini (bakalavr və ya magistr pilləsini) tamamlamış şəxslər üçün nəzərdə tutulmuşdur.
Müraciət etmək üçün linkə daxil olaraq qeydiyyatdan keçin.
Akademiya iştirakçıları COP29 Azərbaycan Əməliyyat Şirkətinin fərqli departamentlərində mövcud tələblərə uyğun olaraq vəzifələrə təyin olunacaqlar.
Təlimlər hansı müddəti əhatə edəcək?COP29 Akademiyası çərçivəsində həyata keçiriləcək təlimlər cari ilin iyul-avqust aylarını əhatə edəcək.
Təlim müddətində əmək haqqı verilməsi nəzərdə tutulurmu?COP29 Akademiya iştirakçıları ilə tərəfimizdən xüsusi müqavilə imzalanacaqdır. Müqaviləyə əsasən təlimlər müddətində iştirakçıların minimal xərcləri tərəfimizdən qarşılanacaqdır. Sentyabr ayından etibarən iştirakçılar uyğun olduqları departamentlərə təyin edildikdən sonra müvafiq əməkhaqqı ilə təmin ediləcəklər.
ƏlaqəE-mail: academy@cop29.az
Phone: +994125352928