Dəyişikliyin sədaları: Qlobal iqlim fəaliyyətinə baxış


“Dəyişikliyin sədaları: Qlobal iqlim fəaliyyətinə baxış” adlı beynəlxalq sənədli film müsabiqəsi COP29 Azərbaycan Əməliyyat Şirkətinin qlobal iqlim fəaliyyətini diqqət mərkəzində saxlamaq üçün irəli sürdüyü təşəbbüsdür. Müsabiqənin məqsədi iqlim dəyişmələri fonunda icmaların davamlılığı, yeni iqlim həlləri və adaptasiya təcrübələrini sənədləşdirmək və paylaşmaq üçün dünyanın hər yerindən film müəlliflərini və filmistehsalçı şirkətlərini bir arada toplamaq və maraqlı süjetlərdən ibarət sənədli filmlər nümayiş etdirməklə, qlobal auditoriyanı dayanıqlı gələcəyə təşviq etmək, maarifləndirmək və səfərbər etməkdir. Bu təşəbbüs sayəsində iştirakçılar iqlim problemlərinin gündəmdə olması və aradan qaldırılması istiqamətində göstərilən kollektiv səylərin səsinə səs verə biləcəklər.

Mövzular

  • Su ehtiyatlarının səmərəli idarə olunması

  • Biomüxtəlifliyin və ekosistemin qorunması

  • Köklü xalqların bilik və təcrübələri

  • Bərpa olunan enerji həlləri

  • Gender və ətraf mühit məsələlərinin təsirləri

  • Ətraf mühitin mühafizəsi

  • Dayanıqlı inkişaf təcrübələri


Dayanıqlı inkişaf təcrübələri

  • Müsabiqə komissiyası: Müsabiqəyə təqdim olunan sənədli filmlər ətraf mühit və kinomotoqrafiya sahəsində ixtisaslaşmış ekspertlər qrupu tərəfindən nəzərdən keçiriləcək.

  • Meyarlar: Müsabiqəyə təqdim olunan sənədli filmlərin dəyərləndirilməsi mövzuya uyğunluq, kreativlik, süjetlərin keyfiyyəti, orijinallıq, texniki bacarıqlar və filmlərin ümumi təsiri kimi meyarlar əsasında həyata keçiriləcək.


Hüquq və icazələr

  • Müəlliflik hüququ: İstehsalçı şirkətlər və/yaxud film müəllifləri öz işləri üzərində müəlliflik hüququna malikdirlər. Qeyri-eksklüziv istifadə etmək hüququnu COP29 Azərbaycan Əməliyyat Şirkətinə verirlər.

  • İstifadə hüququ: : Müsabiqəyə təqdim edilən sənədli filmlərin müəllifləri COP29 zamanı bu materialların nümayiş etdirilməsi və təşviqatına qeyri-eksklüziv istifadə etmək hüququnu COP29 Azərbaycan Əməliyyat Şirkətinə verirlər.

  • İcazələr: Yekun mərhələyə keçən bütün sənədli filmlərin press-relizlər, veb-sayt, sosial media da daxil olmaqla COP29-un bütün rəsmi kanalları vasitəsilə müəllif tərəfindən yayımlanmasına icazə verilir.


Müsabiqə materiallarının təqdim olunması üzrə qaydalar

  • Format:Sənədli filmlər yüksək keyfiyyətli rəqəmsal formatda (MP4, MOV) təqdim edilməlidir.

  • Xronometraj: 2 kateqoriya

    • 50 dəqiqəyə qədər olan sənədli filmlər.

    • 5 dəqiqədən 30 dəqiqəyə qədər olan qısametrajlı sənədli filmlər.

  • Dil: Müsabiqə materiallarını istənilən dildə təqdim etmək mümkündür, lakin videomaterialların ingilis dilində olan subtitrlərlə müşaiyət olunması mütləqdir.

  • Video-təsvirlərin piksel ölçüsü: Minimum 1080p.

  • Faylın həcmi: Maksimum 5 GB.

  • Meta-məlumatlar: Müsabiqəyə təqdim olunan materiallarda filmin başlığı, rejissorun adı, filmin çəkildiyi ölkə və filmin qısa təsviri (maksimum 250 söz) verilməlidir.



Müsabiqə materiallarının təqdim olunması prosesi

  • Təqdimetmə üsulu: Müsabiqə materialları documentary.competition@cop29.az e-poçt ünvanına göndərilməlidir.

  • İştirak haqqı: İştirak haqqı tələb olunmur.

  • Tələb olunan sənədlər:

  • Son tarix: Müsabiqədə iştirak edəcək namizədlər filmlərini 15 sentyabr 2024-cü il tarixinə qədər təqdim etməlidir.


Əlaqə